Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








06 Dek
2018
01:33
159



Azərbaycanın xarici işlər nazirinin müavini Şimali Atlantika Şurasının iclasında iştirak edib

Xarici işlər nazirinin müavini Araz Əzimov NATO-nun Şimali Atlantika Şurasının “Qətiyyətli Dəstək” missiyası üzrə hazırkı və potensial əməliyyat tərəfdaşları ilə birgə xarici işlər nazirləri səviyyəsində iclasında iştirak edib.

Xarici İşlər Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, nazir müavini Araz Əzimov 5 dekabrda NATO-nun Şimali Atlantika Şurasının “Qətiyyətli Dəstək” missiyası üzrə hazırkı və potensial əməliyyat tərəfdaşları ilə birgə xarici işlər nazirləri səviyyəsində iclasında iştirak edib.

İclas zamanı NATO müttəfiqləri və əməliyyat tərəfdaşları Əfqanıstandakı təhlükəsizlik vəziyyəti və sülh prosesindəki inkişafları müzakirə etdilər, Əfqanıstanda uzunmüddətli sülh və sabitliyə sadiq olduqlarını ifadə etdilər.

Nazir müavini Araz Əzimov Əfqanıstan üzrə 13-cü Cenevrə Konfransı ilə yanaşı, hazırkı iclasın Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunmasına dəstəyin ifadə edilməsi baxımından növbəti imkan olduğunu bildirdi. O, Azərbaycanın “Qətiyyətli Dəstək” missiyasına və Əfqanıstanın inkişafına yönələn töhfələrinin davam etdiriləcəyini vurğuladı.

Nazir müavini Araz Əzimov Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Azərbaycanın dəstəyini bir daha ifadə etdi.

Xarici işlər nazirinin müavini Araz Əzimov NATO Mənzil Qərargahına səfəri çərçivəsində, həmçinin NATO Baş katibinin müavini Rouz Qotemöller ilə görüş keçirib.

Görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Azərbaycan və NATO arasında Sülh naminə Tərəfdaşlıq Proqramı çərçivəsində ötən 25 il ərzindəki uğurlu əməkdaşlıqdan bəhs edilib və əldə olunan nailiyyətlərin əhəmiyyəti qeyd olunub.

Nazir müavini Araz Əzimov Azərbaycanın Alyans ilə müntəzəm siyasi dialoqu və praktiki əməkdaşlığı davam etdirmək əzmində olduğunu diqqətə çatdırıb.

NATO Baş katibinin müavini Azərbaycanın NATO-nun rəhbərliyi altında aparılan “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə, tranzit, təlim və maliyyə töhfələrini yüksək qiymətləndirib. O, Əfqanıstanda sülh və sabitliyin təmininə yönələn səylərinə görə Azərbaycan Hökumətinə minnətdarlığını ifadə edib.

Tərəflər həmçinin regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Siyasət xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]