XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

01 Avq
2022
19:50
678
01
Avq
19:50



Azərbaycanlı biznesmenin qətlinin - Təfərrüatı

Ukraynada gənc azərbaycanlı iş adamı Sənan Qəniyev məişət zəminində baş vermiş münaqişə zamanı qətlə yetirilib.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad bildirib.

O qeyd edib ki, cinayət öncədən planlaşdırılmış şəkildə baş verməyib:

“Bu xəbər bizi çox üzdü. Sənan Qəniyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov vilayəti üzrə aktiv nümayəndələrindən biri olub. Eyni zamanda orada iş adamı kimi fəaliyyət göstərib. Onunla bağlı cəmiyyətdə çox pozitiv mövqe var. Hadisə məişət xarakterli münaqişə zəminində qeydə alınıb. Yəni, öncədən planlı şəkildə olmayıb. Cinayət əməlini törətməkdə təqsirli bilinən şəxs kürd əsilli Türkiyə vətəndaşı Barut Məsutdur.

Hadisə təqsirləndirilən şəxsə aid olan iaşə obyektində baş verib. Həmin məkanda onunla mərhum arasında mübahisə yaranıb. Mübahisə zəminində təqsirləndirilən şəxs əlinə keçən şiş tipli alətlə Sənan Qəniyevə xəsarət yetirib. Şiş mərhumun ayağında şah damarına dəydiyi üçün o, qanaxmadan dünyasını dəyişib. Təqsirləndirilən şəxs barədə cinayət işi başlanılıb və o, həbs olunub, hazırda təcridxanada polis nəzarətindədir. Mərhumun yaxınları ilə əlaqə saxlamışıq. Cənazənin Azərbaycana gətirilməsi üçün müvafiq işlər aparılır”.


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə yolda meyit tapılıb








Azərbaycanda film kimi hadisə: Oğru ev sahibi ilə… -VİDEO








Külək məcburi köçkünlərin yaşadığı evi yararsız hala saldı - VİDEO








Cəlilabadda AĞIR QƏZA: İki hərbçi öldü -FOTO



Digər Hadisə xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.