Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



26 Iyun
2019
02:00
5463

26
Iyun
02:00



Azərbaycanlı deputat AŞ PA-nı Ermənistana qarşı sərt addımlar atmağa çağırıb

Millət vəkili Qənirə Paşayeva AŞ PA-da işğalçı Ermənistanın azərbaycanlı qadınlara qarşı törətdiyi cinayətlərdən danışıb və AŞPA-nı bu cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsi üçün sərt addımlar atmağa çağırıb.

XeberOxu.az-ın məlumatına görə, bu gün AŞ PA-da "The İstanbul Converntion on violence against üomen:achhievements and challenges" və "Towards an ambitious Council of Europe agenda for gender equality" adlı qətnamə layihələri ətrafında müzakirələrdə çıxış edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Q.Paşayeva bildirib ki, qadınlara qarşı zorakılıq insan haqları pozuntusudur və ona qarşı birlikdə mübarizə daha da gücləndirilməlidir:

"Burada qadınlara qarşı zorakılıqla mübarizə istiqamətində maraqlı təkliflər, fikirlər səsləndi və biz onları dəstəkləyirik. Mən burada silahlı münaqişələr zamanı zorakılıq qurbanı olan qadınların adından danışaraq onların sizə çağırışlarını da səsləndirmək istəyirəm".

Millət vəkili qeyd edib ki, silahlı münaqişələr zamanı qadınlar kütləvi şəkildə qəddar zorakılıq əməllərinin qurbanı olurlar:

"Azərbaycan xalqı bu dəhşətli acını yaşamışdır. Ermənistanın ölkəmizə silahlı təcavüzü və torpaqlarımızın 20 faizini işğal etməsi nəticəsində minlərlə azərbaycanlı qadın həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə məruz qalmışdır. Ermənistan yüzlərlə azərbaycanlı əsir və girovu o cümlədən qadınları dözülməz şəraitdə saxlayib,məcburi əməyə cəlb edib və digər zorakılıq əməllərinə məruz qoyublar. Bu gün də onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır və öz evlərinə dönə bilmirlər. Çünki Ermənistan BMT-nin o cümlədən AŞ PA-nın qəbul etdiyi qətnamələri yerinə yetirməkdən imtina edir. Biz təşkilatımızı hüquqları Ermənistan tərəfindən pozulmaqda davam edən azərbaycanlı məcburi köçkün qadınların, Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş, yaralanmış, əsir götürülmüş azərbaycanlı qadınların ailələrinin səslərini, çağrışlarını duymağa, bu dəhşətli cinayətləri törədənlərin layiq olduqları cəzanı alması, ədalətin öz yerini tapmasına daha fəal dəstək olmağa çağırırıq. Bu müzakirələri və ümumiyyətlə Assambleyamızın işini burada çox sayda Azərbaycan qadın qeyri-hökumət təşkilatları da izləyir. Onlar da sizi bu həssas məsələyə daha çox diqqət ayırmağa və addımlar atmağa çağırırlar".

Q.Paşayeva deyib ki, gender bərabərliyi, qadınların səlahiyyətləndirilməsi sahəsində və qadınlara qarşı zorakılıqla mübarizə istiqamətindıə üzv ölkələrdə irəliləyişlərə nail olunmasına baxmayaraq, daha çox işlərin görülməsinə böyük ehtiyac var. Bu mövzularda fəallığımızı daha da artırmalıyıq. Xüsusilə qadınların iqtisadi həyatda, idarəetmədə rolunun artırılmasına üzv ölkələr olaraq daha çox önəm verməliyik:

"Azərbaycan xalqının təmsilçiləri kimi, biz qadınlara qarşı hər bir zorakılığı açıq və qəti surətdə pisləyirik. Qeyd etməliyəm ki, Azərbaycan qadınlara qarşı zorakılıqla, məişət zorakılığı ilə fəal mübarizə aparan ölkələrdən biridir. Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə bizim ölkəmizdə əsas diqqət mərkəzində olan mövzulardan biridir və bu istiqamətdə bir çox qanunlar qəbul edilib. Beynəlxalq və milli tərəfdaşlarla birlikdə çox sayda tədbirlər həyata keçirilir, geniş maarifləndirmə işinin aparılmasına xüsusi diqqət yetirilir. Bu işlərin görülməsində qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edilir. Azərbaycanda Avropa Şurasının 2018-2023-cü illər üçün Gender Bərabərliyi Strategiyasındə xüsusi vurğulanan hədəflərə xüsusi diqqət yetirlir, gender bərabərliyinin effektik reallaşmasına nail olmaq üçün çox saylı layihələr həyta keçirilir. Azərbaycan xalqının tarixinə nəzər yetirsək görmək olar ki, qadınlar hər zaman aparıcı qüvvə olmaqla , cəmiyyətin inkişafına öz tövhələrini veriblər. Lakin bu gün dövlət dəstəyi sayəsində bütün sahələrdə qadınların sayı daha da artmaqdadır. Biz hesab edirik ki, qadınların cəmiyyətin bütün sahələrində rolunun artması, o cümlədən qadınlara qarşı zorakılıqla daha effektli mübarizə üçün hər bir ölkədə bu istiqamətdə güclü siyasi iradənin ortaya qoyulması və bu mövzuların prioritetlər arasında olması çox vacibdir".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər Gündəm xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az