# EVDƏQAL
# EVDƏQAL



25 Mart
2020
19:52
1051

25
Mart
19:52



Azercell fədakar tibb işçilərini dəstəklədi

Mobil operator koronavirusla mübarizə aparan həkim və tibb işçilərinin balansını artırdı

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə üzrə fəaliyyət sahəsində daha bir sosial məsuliyyət tədbiri həyata keçirib.

Şirkət bu dəfə müxtəlif tibb məntəqələrində və karantin mərkəzlərində koronavirusla mübarizədə həyatlarını riskə ataraq fədakarlıqla öz vəzifə borclarını yerinə yetirən tibb işçilərimizə rabitə dəstəyi göstərib. Belə ki, “Azercell” öz abunəçiləri ilə digər iki operatorun abunəçiləri arasında heç bir fərq qoymadan yüksək məsuliyyətli iş başında olan 600-dən çox tibb işçisinin hər birinin balansına 50 AZN həcmində məbləğ yükləyib. Yüklənilən hədiyyə məbləği müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər.Qeyd edək ki, tibb işçilərinin siyahısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən təqdim olunub.

Xatırladaq ki, mobil operator ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait ayırıb. Şirkət, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Qaynar xətt”inə (1542) pulsuz zəngləri təmin edən ilk mobil operator olmaqla yanaşı, hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rouminq xidmətindən istifadə edən abunəçilərin balansına 50 manat məbləğində pul vəsaiti də yükləyib. Bundan əlavə, Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə birlikdə 5 728 aztəminatlı ailəyə sovqat verilib. Bu layihə dövlətin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində sosial izolyasiya tədbirlərinə dəstək məqsədi daşıyıb. Bunlarla yanaşı, “Azercell” istifadəçiləri üçün “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradıb.

Mobil operator 65 yaşdan yuxarı olan abunəçilərinə “Azercell”in müştəri xidmətlərindən evlərini tərk etmədən yararlanmaq imkanı təklif edib. Ödənişli mobil müştəri xidmətləri bu kateqoriyaya aid olan insanlara ödənişsiz formada göstəriləcək. Belə ki, zəruri hallarla bağlı yaranan problemlərin (sim-kart dəyişikliyi kimi servislər) həlli vətəndaşların evlərinə gedilməklə təmin olunacaq.

“Azercell Telekom” MMC tərəfindən cəmiyyətimizə dəstək məqsədilə bu cür təşəbbüslərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb







Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir







Evdə qal və əməliyyatları Müştəri Bank-la et!







XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.