Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Dek
2019
21:00
249

02
Dek
21:00



"Azercell" ilə limitsiz "WhatsApp" yazışmaları

Ölkədə texnoloji innovasiyaların təminatçısı kimi tanınan və əhalinin əksəriyyətinin seçimi olan “Azercell Telekom” MMC abunəçilərini Yeni il ərəfəsində yeni bir kampaniya ilə sevindirir.

“Azercell Telekom”dan Xeberoxu.Az-a verilən məlumata görə, belə ki, şirkət aylıq internet paketi istifadəçilərinə WhatsApp mobil tətbiqi daxilində pulsuz yazışma imkanı təqdim edir. 500 MB, 1 GB, 5 GB, 10 GB və ya 50 GB/Limitsiz aylıq internet paketlərindən birini əldə edən fiziki şəxs statusuna malik bütün Azercell abunəçiləri paketin istifadə müddəti bitənədək bu kampaniyadan yararlana, beləliklə də, WhatsApp üzərindən pulsuz ismarıc göndərə bilər. Qeyd edək ki, təklif 2020-ci il, yanvar ayının 31-dək qüvvədə olacaq.

Azercell-in internet paketləri barədə ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/internet/datapacks/packs/ səhifəsinə daxil olun.

Azercell-in təqdim etdiyi bu fürsətdən yararlanmağa, Yeni ildə yaxınlarınızla daha çox ünsiyyətdə olmağa tələsin!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Narkotikə görə tutulmuş jurnalist məhkəmə qarşısında







Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı - Azərbaycanda ŞOK hadisə







“Ermənistan Dilqəmlə Şahbazı azad etməkdən inadla imtina edir”







Deputat oğlunun həbs müddəti uzadıldı


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az