XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



24 Noy
2022
14:57
166
24
Noy
14:57



Azyaşlı Məryəmi kim qətlə yetirib? – Məhkəmədə ziddiyyətli ifadələr

Bakının Xəzər rayonunda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xeberoxu.Az Teleqraf.com-a istinaən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Mehman Mansurovun qeyri-rəsmi yaşadığı qadının oğlu Vüsal ifadə verib.

O bildirib ki, anasından 6 aydır xəbər yoxdur və onunla əlaqə saxlaya bilmirlər. Şahidin sözlərinə görə, azyaşlının anası tərəfindən qətlə yetirilməsi ilə bağlı deyilənlər yalandır. O, qətli Mehman Mansurovun törətdiyini bildirib.

Bundan əvvəki prosesdə ifadə verən Mehman Mansurov deyib ki, uşağı özü yox, qeyri-rəsmi həyat yoldaşı öldürüb. O, bildirib ki, hadisə günü – yanvarın 23-də işdən evə qayıdanda birlikdə yaşadığı Xəyalə adlı qadının artıq Məryəmi öldürdüyünü görüb: “Mən ancaq onunla birlikdə meyiti büküb, aparıb quyuya atmaqda iştirak eləmişəm. Uşağın öldürülməsindən mənim xəbərim olmayıb”.

Təqsirləndirilən şəxs deyib ki, Xəyalə Məryəmin onlara gətirilməsinə etiraz edib, uşağa baxmaq istəməyib. O isə qadının narazılığını uşağın atasına deyə bilməyib: “Hirslənəndə onu vururdu. Hadisə günü də əsəbiləşib döyüb, uşaq ölüb. Mənə dedi ki, meyiti gizlətməyə kömək elə. Mən də elədim".

Uşağı öldürməkdə suçlanan Mehman Mansurov əvvəlki ifadələrində demişdi ki, hadisəni yanvarın 22-dən 23-nə keçən gecə törədib: “Ağlayırdı, yatmağa imkan vermirdi. Onu sakitləşdirə bilmirdik. Buna görə döydüm".

İttihama görə, bu il yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Məlum olub ki, 1990-cı il təvəllüdlü Mehman Mansurov qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlini müxtəlif vaxtlarda döyüb.

Uşağın öldüyünü görən Mehman Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.

İstintaq orqanı tərəfindən Mehman Mansurovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 133.2.4-cü (Əzab vermə) maddələri ittiham elan edilib.

Qeyd edək ki, bu iş üzrə Məryəm Hüseynlinin atası Taleh Allahyarov da həbs olunub. Onun cinayəti ayrıca icraata ayrılıb.

Qeyd edək ki, Taleh Allahyarov hadisədən əvvəl ATV-nin “Bizimləsən” proqramında iştirak edib. Veriliş zamanı Taleh Allahyarovun həyat yoldaşına göndərdiyi videogörüntülər yayımlanıb.

Görüntülərdə Taleh Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr görüntülənib.

Bu görüntülərdən sonra Xəzər rayon Polis İdarəsinun əməkdaşları studiyaya gələrək Taleh Allahyarovu saxlayıblar.

Onu da qeyd edək ki, Taleh Allahyarovun arvadı ondan boşanmaq üçün azyaşlı uşağını da ataraq evdən gedib. Taleh arvadı ilə barışmaq üçün azyaşlı uşaqla şantaj edib.


Xeberoxu.az

Məqalə:     ##Azyaşlı    ##Məryəmi    ##qətlə    ##yetirib    ##Məhkəmə  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Hadisə xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.