Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



12 Iyul
2019
17:45
969

12
Iyul
17:45



Bakı Ali Neft Məktəbi Texas A&M Universiteti ilə əməkdaşlığa başladı

Bakı Ali Neft Məktəbində (BANM) Amerika Birləşmiş Ştatlarının aparıcı ali təhsil müəssisələrindən olan Texas A&M Universiteti (TAMİU) və Laredo Kollecinin rəhbər şəxsləri ilə görüş keçirilib.

BANM-dan XeberOxu.az-a verilən məlumata görə, görüşün məqsədi hər iki ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsi və birgə proqramların həyata keçirilməsi olub.

Görüşdə Texas A&M Universitetinin tədqiqat və sponsor layihələri üzrə prorektor müavini Con Kilburn, Laredo Kollecinin prezidenti Ricardo J. Solis, kollecin nümayəndəsi Silviya de Zeon iştirak edib.

Qonaqlar ilk olaraq BANM-in kampusu ilə tanış olub. Onlara Ali Məktəbin təlim-tədris otaqları, çoxfunksiyalı labaratoriyaları, kitabxanası, konfrans və idman zalları barədə ətraflı məlumat verilib.

Öz növbəsində qonaqları salamlayan Elmar Qasımov onlara Ali Məktəbin əsas hədəfləri, məqsədləri, fəaliyyət strategiyası və tədris sistemi haqqında ətraflı məlumat verib.

Elmar Qasımov Azərbaycanda beynəlxalq standartlara, həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilisdilli yüksəkixtisaslı kadrların hazırlanmasında BANM-in rolunu qeyd edib:

“Bakı Ali Neft Məktəbinə qəbul olunan tələbələr öz bilik və bacarıqları ilə fərqlənir. 2011-ci ildən etibarən ən yüksək bal toplayan tələbələr Bakı Ali Neft Məktəbini seçir. Digər tərəfdən BANM dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə ali təhsil verən müəssisələriylə sıx əməkdaşlıq edir. Bu gün BANM-in Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarının məzunlarına Bakı Ali Neft Məktəbi ilə yanaşı, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin də diplomları verilir. Bu təcrübəni nəzərə alaraq tələbələrin Texas A&M Universitetində magistr təhsili, birgə elmi tədqiqatların aparılması, müəllimlərin distant və fiziki yolla tədris prosesinə cəlb edilməsi istiqamətində əməkdaşlığı məqsədəuyğun hesab edirik”.

Texas A&M Universitetinin prorektor müavini Con Kilburn birgə tədqiqatların aparılmasına və tələbə mübadiləsinə maraqlı olduqlarını qeyd edib. O, əldə olunan razılaşmadan sonra birgə əməkdaşlıq əlaqələrini intensivləşdirməyin mümkünlüyünü bildirib.

Sonda Bakı Ali Neft Məktəbi ilə Texas A&M Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Məlumat üçün bildirək ki, TAMİU 7500-dən çox tələbəyə incəsənət, elm, biznes administrasiyası, tibb kimi müxtəlif ixtisaslarda bakalavriat, magistratura və doktorantura dərəcəsi üzrə təhsil təqdim edir. Universitet bakalavriat səviyyəsində Sistem mühəndisliyi ixtisası üzrə də tədris həyata keçirir. TAMİU Qərbi Hemisfer Ticarəti Araşdırma Mərkəzi, Qərbi Hemisfer Ticarəti İnformasiya Mərkəzi, Yer və Ətraf Mühit Elmləri Mərkəzi, Kiçik Biznes İnkişafı Mərkəzi və s. kimi tədqiqat mərkəzlərinə ev sahibliyi edir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az