Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








06 Dek
2018
17:07
108



Bakı Ali Neft Məktəbinin tələbələri İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar

Bakı Ali Neft Məktəbinin (BANM) Cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı olan “ClimateLaunchpad” biznes yarışmasında Azərbaycan üzrə qalibi olan və ölkəmizi Edinburqdakı Final yarışmasında da təmsil edən tələbələri öz layihələrilə yenidən qalib olublar.

Belə ki, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə təşkil edilən İkinci Respublika İnnovasiya Müsabiqəsində tələbələr özlərinin “ThermoNorth” adlı startup layihələrilə birinci yerə layiq görülüblər.

Müsabiqənin əsas məqsədi BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi olub. İlkin mərhələdə müsabiqədə ölkə üzrə olan gənc tədqiqatçıların 220 qabaqcıl ideyası – layihəsi təqdim olunub. Onlar arasından Final mərhələsinə cəmi 17 layihə seçilib.

BANM-ın tələbələri - Elmar Əsgərzadə, Hüseyin Əliyev, Yadigar Nəzərov, Murad Rəhimov, Aleksandr Oborovskiy və onların elmi rəhbəri, BANM-ın dosenti Əmir Rza Vəxşuri müsabiqənin Finalında “ThermoNorth” layihəsilə qalib gəlib və müsabiqənin əsas mükafatı – 5000 AZN məbləğındə pul mükafatı əldə ediblər.

Qalib komanda həmçinin "UNDP" (United Nations Development Program) tərəfindən keçirilən “İstanbul İnnovation Days 2018”də Azərbaycanı, eləcə də BANM-ı təmsil ediblər.

Qeyd edək ki, tələbələr dekabrda Tokioda keçiriləcək “Tran/Sum Global Transport and Mobility" konfransında da həmin layihəni təqdim etmək üçün dəvət alıblar və bu münasibətlə Yaponiyaya səfər edəcəklər.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İqtisadiyyat xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]