Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Iyul
2019
02:30
1128

13
Iyul
02:30



Bakı Baş Gömrük İdarəsində “KOB Dostu” fəaliyyətə başlayıb

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Kiçik və Orta Biznesin Dostu” - “KOB Dostu” fəaliyyətə başlayıb.

KOBİA-dan XeberOxu.az-a verilən məlumata görə, iyulun 12-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakı Baş Gömrük İdarəsinin inzibati binasında “KOB Dostu”nun iş prosesi ilə tanış olub, KOB-ların idxal-ixrac əməliyyatları ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, gömrük xidmətlərindən istifadə edən mikro, kiçik və orta sahibkarlar Bakı Baş Gömrük İdarəsində fəaliyyət göstərən “KOB Dostu”na müraciət etməklə idxal-ixrac əməliyyatları, gömrük rəsmiləşdirilməsi və prosedurları, o cümlədən investisiya və ixrac təşviqindən istifadə zamanı gömrük güzətləri ilə bağlı informasiya, məsləhət, hüquqi yardım, əlaqələndirmə kimi xidmətlərdən istifadə edə biləcəklər. “KOB Dostu”nun Bakı Baş Gömrük İdarəsində fəaliyyəti həmçinin, KOB-ların müvafiq sahə ilə bağlı müraciətlərinin KOBİA-nın və Dövlət Gömrük Komitəsinin iştirakı ilə dövlət-özəl əməkdaşlığı çərçivəsində operativ həll olunmasına imkan verəcək. “KOB Dostu” ilə birgə burada “KOB könüllüləri” də fəaliyyət göstərəcək.

Məlumat üçün bildirək ki, “KOB Dostu” mexanizmi KOBİA-nın mikro, kiçik və orta sahibkarlara mühüm dəstək mexanizmlərindəndir. Artıq ölkənin 14 şəhər və rayonunda KOB dostları fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta sahibkarlara mövcud dövlət dəstəyi mexanizmləri, eləcə də Agentliyin müxtəlif xidmətləri vasitəsilə dəstək göstərirlər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az