![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
18 Noy 2021
15:57
![]() |
18
Noy 15:57
![]() Ermənistan Tovuz istiqamətindəki mövqelərimizi yenidən atəşə tutdu - RƏSMİ Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, cavab atəşi ilə qarşı tərəf susdurulub. Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dünən saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmuşdular. Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb
Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var
Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB
|
|