XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



16 Dek
2021
19:09
2930
16
Dek
19:09



Mikayıl Cabbarov: "Zəngəzur dəhlizini nəqliyyat marşrutlarının kəsişməsi kimi görürük"

"2020-ci ilin əvvəlində imzalanmış saziş və nəqliyyat infrastrukturunun inkişafı nəticəsində Türkiyəyə ixrac edilən məhsulların çeşidi xeyli genişlənib".

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov CBC-yə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın imzaladığı iqtisadi ticari sazişlərin sayı artır: “Ötən ilin əvvəlində qüvvəyə minmiş imtiyazlı ticarət sazişinə əsasən Türkiyə bazarına ixrac etdiyimiz məhsulların çeşidi xeyli artıb. Bu gün Azərbaycanın bir sıra məhsulları Türkiyəyə sıfır, yaxud cüzi gömrük rüsumu ilə ixrac edilir”.

Qeyri-neft sektorunun 2015-ci ildən bu yana sürətlə böyüdüyünü qeyd edən nazir son üç il ərzində artımın ikirəqəmli qiymətlərə çatdığını deyib: “2021-ci ildə qeyri-neft sənayemizin artımı 20 faizi keçib ki, bu da ixracatın da artması deməkdir. 2021-ci ilin 11 ayı ərzində qeyri-neft ixracatının artımı 44 faizdir və burada da başlıca rol sənayeyə məxsusdur”.

Son 20 il ərzində nəqliyyat və logistika infrastrukturuna böyük vəsaitlərin yatırıldığını və bunun obyektiv səbəblərlə bağlı olduğunu vurğulayan nazir M.Cabbarov əlavə edib ki, nəqliyyat və logistikanın inkişaf etdirilməsi iqtisadiyyatın şaxələndirilməsinə yönələn siyasətin mühüm hissəsidir.

“Bu baxımdan Zəngəzur dəhlizi də müstəsna əhəmiyyətə malikdir. Bu dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat marşrutlarının kəsişməsi olaraq görürük. Hətta bu gün dəmir yollarında birbaşa bağlantı olmasa belə, Şimal-Cənub marşrutundakı ticarətin xeyli hissəsi Azərbaycan üzərindən keçir. Yeni dəhliz isə İranın, Türkiyənin, başqa qonşu ölkələrin ayrı-ayrı əyalətlərinə mövcud nəqliyyat infrastrukturuna çıxış imkanı yaradacaq”, – nazir söyləyib.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər Maliyyə xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.