XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



18 Dek
2021
13:18
2731
18
Dek
13:18



Mikayıl Cabbarov Yaponiya səfiri ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.

İqtisadiyyat naziri Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini qeyd edib, Azərbaycan-Yaponiya ticarət əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayıb.

Görüşdə Tokioda “Azərbaycan Ticarət Evi”nin və Bakıda “Japan Premium House”un yaradılması layihələrinin ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının inkişafına əhəmiyyətli töhfə verəcəyi qeyd edilib.

Səfir Cuniçi Vada “2022 Azərbaycan - Yaponiya Dostluq İli” çərçivəsində həyata keçiriləcək tədbirlər barədə fikirlərini bölüşüb.

Tərəflər ölkələrimiz arasında sərmayələrin təşviqi və qorunması haqqında Sazişin, gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Konvensiyanın imzalanmasının sürətləndirilməsi, energetika, ətraf mühit, “yaşıl” enerji layihələri üzrə əməkdaşlıq və s. məsələlər barədə fikir mübadiləsi aparıblar.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər Maliyyə xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.