XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



20 Dek
2021
10:55
2758
20
Dek
10:55



Nazirlik: "Müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edəcək"

Prezident İlham Əliyevin imzaladığı yeni sərəncam və fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətində xüsusilə son illərdə geniş miqyas alan islahatların uğurla davam etdirilməsini təmin edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Xeberoxu.Az-a verilən məlumata görə, yeni fərman və sərəncamlarla müavinət və təqaüd artımı aşağıdakı kateqoriyalara aid şəxsləri əhatə edir:

- Əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər;

- Sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər;

- Yaşa görə müavinət alanlar;

- Ailə başçısını itirməyə görə müavinət alanlar;

- Müddətli hərbi xidmətdə olanların uşaqları;

- Uşaqların qəyyumları;

- Beşdən çox uşağı olan qadınlar;

- Bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr;

- Övladlığa uşaq götürənlər;

- İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları;

- “Xalq” və “Əməkdar” fəxri adı olanlar;

- Doktorant və tələbələr.

Həmçinin aşağıdakı birdəfəlik müavinətlər artırılır:

- Uşağın doğulmasına görə birdəfəlik müavinət;

- Dəfn üçün birdəfəlik müavinət.

Dövlət başçısının imzaladığı yeni fərman və sərəncamları ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbənin əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər Maliyyə xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.