Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Iyul
2019
20:13
1284

08
Iyul
20:13



Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə təyinatla əlaqədar keçirilən müsabiqə başa çatıb

Prezident İlham Əliyevin məhkəmə-hüquq sisteminin daha da müasirləşdirilməsi konsepsiyası çərçivəsində imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanında prokurorluq orqanlarına məhkəmələrdə dövlət ittihamının müdafiəsi sahəsində olan fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsi tövsiyə edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən XeberOxu.az-a verilən məlumata görə, həmin Fərmandan irəli gələn vəzifələrin icrası məqsədilə Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin 2 böyük prokuroru və 23 prokuroru vəzifəsinə yeni namizədlərin seçiminin aparılması üçün Azərbaycan Respublikası Baş prokurorunun 9 aprel 2019-cu il tarixli sərəncamı ilə Müsabiqə Komissiyası yaradılmış və 12 aprel 2019-cu il tarixdə həmin vəzifələrə təyinatlarla əlaqədar müsabiqə elan edilib.

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinin iştirakı ilə keçirilmiş müsabiqənin yekununda komissiya tərəfindən yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri seçilərək Azərbaycan Respublikası Baş prokuroruna təqdim edilmişlər.

Dövlət ittihamının müdafiəsi sahəsində əvvəllər iş təcrübəsi olmayan namizədlər cari il iyunun 10-dan 24-dək Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən birgə kecirilən müvafiq ixtisasartırma kursuna cəlb olunmuş və kursu uğurla başa çatdırmışlar.

Hazırda müsabiqə nəticəsində müvəffəqiyyət əldə etmiş prokurorluq işçilərinin Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin müvafiq vəzifələrinə təyinatları aparılır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az