XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



04 Dek
2021
18:25
776
04
Dek
18:25



Azərbaycan-İran münasibətləri müzakirə olunub

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran İslam Respublikasının İslam Şurası Məclisi sədirinin birinci müavini, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Nikzad ilə görüşüb.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikasının 44-günlük Vətən müharibəsində qazandığı qələbənin ildönümü münasibətilə təbriklərini çatdıran İran İslam Respublikasının İslam Şurası Məclisi sədirinin birinci müavini, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Nikzad Azərbaycanın sevincinin və kədərinin İran üçün də bir olduğunu qeyd edib.

Parlamentlərarası əlaqələrin önəmini vurğulayan Əli Nikzad Azərbaycanın Milli Məclisi ilə əlaqələrin daha da möhkəmləndirilməsində səylərin artırılmasının zəruriliyini vurğulayıb və ikitərəfli əməkdaşlığın güclənməsinə parlament nümayəndələrinin öz tövhəsini verəcəyini diqqətə çatdırıb. Cari ilin noyabr ayının 27-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis olunmasını alqışladıqlarını bildirib. Əli Nikzad səfir Əli Əlizadəyə xidməti fəaliyyətində uğurlar arzulayıb.

Səfir Əli Əlizadə Azərbaycanın İranla əlaqələrə xüsusi önəm verdiyini, İranın Azərbaycan üçün dost və yaxın qonşu ölkə olduğunu bildirib. Azərbaycan-İran parlamentlərarası münasibətlərin, dostluq qruplarının səmərəli əməkdaşlığının əlaqələrin daha da inkişafına zəmin yaratdığını və bu istiqamətdə Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinin üzərinə düşən vəzifələri və əlaqələndirmələri yerinə yetirməyə hər zaman hazır olduğunu bildirib.

Görüşdə həmçinin, iki ölkə arasında müştərək layihələrin icrası, səfərlərin və görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.