# EVDƏQAL
# EVDƏQAL



26 Mart
2020
14:21
5815

26
Mart
14:21



Bakıda fahişəliklə məşğul olan qadınlar və cinsi azlıq nümayəndələri tutuldu

İctimai qaydanın və təhlükəsizliyin kobud pozuntuları ilə müşahidə olunan, sosial şəbəkələrdə yayılmış videogörüntülərin xüsusatları araşdırılmaqla qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) Mətbuat Xidmətindən verilən məlumata görə, “Facebook” sosial şəbəkəsində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “əxlaqsız qadınların və cinsi azlıqların” yığışmasını əks etdirən videoda göstərilən xüsusatlar araşdırılıb.

Sözügedən ərazidə fahişəliklə məşğul olan iki qadın saxlanılaraq, barələrində İnzibati Xətalar Məcəlləsinin (İXM) 524.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə, hər biri 100 manat məbləğində cərimə olunub.

Həmçinin, eyni əməllə məşğul olan dörd qadın və cinsi azlığın iki nümayəndəsi də saxlanılaraq, tibbi müayinəyə cəlb ediliblər. Onların narkotik vasitələrin təsiri altında olmaları müəyyən edildiyindən, barələrində İXM-nin 206-cı maddəsilə tərtib edilmiş inzibati xəta haqqında protokollar Sabunçu Rayon Məhkəməsinə göndərilib. 

Bundan başqa, martın 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsində “VAZ 2106” markalı avtomobili idarə edən sürücünün yol hərəkət qaydalarını davamlı şəkildə pozaraq, avtoxuliqanlıq etməsini əks etdirən sosial şəbəkələrdə yerləşdirilmiş videogörüntülər də Bakı şəhər BPİ-də araşdırılıb. 

Müəyyən edilib ki, həmin gün saat 23 radələrində qəsəbə sakini Faiq Əliyev sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2106” markalı avtomobillə avtoxuliqanlıq etdiyinə görə, Sabunçu RPİ DYPŞ əməkdaşları tərəfindən saxlanılarkən, o və sərnişini - qəsəbə sakini Cəbiyev Ceyhun polisin qanuni tələblərinə tabe olmayıblar. Onlar saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-yə gətiriliblər. 

Toplanmış materiallar əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sürücü Faiq Əliyev və Ceyhun Cəbiyev İXM-nin müvafiq maddələri ilə inzibati qaydada həbs ediliblər. 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət







Ağcabədidə yük avtomobili yandı







Bakıda bahalı it oğurlandı







Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.