02 Iyul
2020
17:02
3589
02
Iyul
17:02



Gömrük rəsmiləşdirməsi üçün gətirdiyi avtomobildə mobil telefonlar keçirtmək istədi

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən XeberOxu.Az-a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb, sürücüsü şifahi sorğu-sual olunub.

Bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən har hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda olan və ölkə ərazisinə gömrük rəsmləşdirilməsi üçün gətirdiyi " Toyota Prius" markalı avtomobilin baqajının sağ-sol ətraflarında gömrük nəzarətindən gizlədilən 8 ədəd " Samsung A 51 Prism Crush", 1 ədəd " Mi Note 10 Pro Aurora Green 8 GB" və 1 ədəd " Mi Note 10 Pro Midnight Black 8 GB" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb







Bakıda evdən 1 milyon manatlıq oğurluq olub







Zaqatalada qadının çantasından qızıl və pul oğurlayan şəxs saxlanılıb







Masallıda təndirxana yanıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.