02 Iyul
2020
20:49
2863
02
Iyul
20:49



Cəlil Xəlilov: Azərbaycan polisi erməni faşizminə qarşı əsgərimizlə çiyin-çiyinə mübarizə aparıb

Azərbaycan polisi erməni faşizminə qarşı əsgərimizlə çiyin-çiyinə mübarizə aparıb.

XeberOxu.Az-ın məlumatına görə,bunu açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. O, polislərin erməni işğalına qarşı mübarizədəki roluna diqqət çəkərək Azərbaycanın ərazi bütövlüyünün qorunmasında polis əməkdaşlarının da yaxından iştirak etdiyini vurğulayıb:

“Öncə 2 iyul - Polis Günü ilə əlaqədar olaraq başda hörmətli Daxili İşlər Naziri Vilayət Eyvazov olmaqla, bütün polislərimizi təbrik edir, onlara uğurlar arzulayıram.

Xatırlatmaq istəyirəm ki, Azərbaycanın müstəqilliyinin, ərazi bütölüyünün qorunmasında polis əməkdaşları da yaxından iştirak edib, erməni işğalına qarşı mübarizədə böyük qəhrəmanlıqlar göstəriblər. Qarabağ və ətraf rayonların düşmən hücumundan müdafiəsində Azərbaycan polisi Azərbaycan əsgəri ilə yanaşı, çiyin-çiyinə mübarizə aparıb, vətəni birlikdə müdafiə ediblər. Bu gün çoxlu sayda polis veteranımız Daxili İşlər Nazirliyinin Veteranlar Şurasında bir araya gələrək gənc nəslin tərbiyəsində, habelə gənc polislərə peşə sirlərinin öyrədilməsində yaxından iştirak edir. Bu baxımdan, polislərimizin sadəcə ölkə daxilində cinayətkarlığa qarşı mübarizədəki əməyinin deyil, həm də xarici düşmənlərlə, erməni faşistləri ilə münbarizədəki rolunu qeyd etməyimiz vacibdir.

Mən bir daha polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edir, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıram. Arzu edirəm ki, Azərbaycan polisi gələn il öz peşə bayramını Şuşada, işğaldan azad edilən Qarabağımızda qeyd etsin!”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb







Bakıda evdən 1 milyon manatlıq oğurluq olub







Zaqatalada qadının çantasından qızıl və pul oğurlayan şəxs saxlanılıb







Masallıda təndirxana yanıb


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.