Azərbaycanda koronavirusla bağlı xəbərlər
Çimərliklər üzrə axtarış - Cimerlik.az
Bütün xəbərlər



04 Iyul
2020
14:53
6850
04
Iyul
14:53



Koronavirusa yoluxan idmançı müalicədən sonra güzgüdə özünü tanımadı
Koronavirusa yoluxan amerikalı idmançı üç həftə huşsuz vəziyyətdə qaldıqdan sonra ayılıb, güzgüyə baxanda isə özünü tanımayıb. Belə ki, 40 yaşlı ABŞ-lı idmançı Əhməd Ayəd müalicə müddətində 28 kq arıqlayıb, əzələləri isə tamamilə yoxa çıxıb.
XeberOxu.Az oxu.az-a istinadən xəbər verir ki, dmançı COVID-19-a yoluxana qədər boksla məşğul olub, marafonlarda iştirak edib.
Əhməd Ayəd mart ayında koronavirusa yoluxub. Cəmi dörd gün içində o, elə vəziyyətə düşüb ki, nəfəs almaqda belə çətinlik çəkib. Nəhayət, birtəhər xəstəxanaya gedib. Burada da onun vəziyyəti günü-gündən pisləşib, reanimasiyaya köçürülüb və ASV aparatına qoşulub.
Üç həftə komada qalan idmançı ayılanda 97 kq-dan 69 kq-a düşdüyünü və udqunma qabiliyyətini itirdiyini görüb.
Aparatdan ayılandan sonra o, əvvəlki görünüşünü qaytarmaq üçün əvvəlcə xəstəxana şəraitində, sonra isə evdə idmanla məşğul olmağa çalışıb. Ancaq düz bir ay istənilən fəaliyyət idmançıya təngnəfəslik yaradıb.
"Koronavirusa yüngül yanaşan insanlar məni narahat edir. Mən yoluxdum və sağaldım. Ancaq hələ də dəhşət içindəyəm", - deyə Ayəd yaşadıqları barədə danışarkən vurğulayıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Zabratda iki avtomobil toqquşdu, yaralı var







Bakıda gənc ülgüclə özünü doğradı







Bakıda qardaş qardaşı bıçaqlayıb öldürdü







“Koroğlu” stansiyasının yaxınlığında yol kənarında dayanan kişini maşın vurdu


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.