Azərbaycanda koronavirusla bağlı xəbərlər
Çimərliklər üzrə axtarış - Cimerlik.az
Bütün xəbərlər



04 Iyul
2020
23:00
5060
04
Iyul
23:00



Füzuli, İmişli, Ağcabədi və Goranboy rayon sakinlərinin su təminatı ilə bağlı problemləri həll olunur

Füzuli rayonun Alxanlı kənd sakini Kamal Quliyevin transformator yarımstansiyasının olmaması səbəbindən kənd ərazisində mövcud olan istismarı dayandırmış subartezian quyusuna yeni transformatorun quraşdırılması və enerji şəbəkəsinə qoşulması barədə müraciəti araşdırılıb və əvvəllər mövcud olmuş transformator yarımstansiyasının “Azərişıq” ASC-nin yerli qurumunun balansında olduğu müəyyən edilib.

XeberOxu.Az-ın məlumatına görə, “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən  bildirilib ki, qurum tərəfindən “Azərişıq” ASC ilə aparılmış danışıqların nəticəsi olaraq, həmin quyu üçün transformator yarımstansiyası ayrılıb və hazırda quraşdırma işləri aparılır. Quyunun işə salınması nəzərdə tutulub.

İmişli rayonunun Xoşçobanlı kəndinin bir qrup sakinlərinin su təminatı ilə bağlı müraciətləri ilə əlaqədar olaraq bildirilib ki, kəndin 820 ha torpaq sahələri başlanğıcını Cənubi Muğan kanalından götürən Qızıl arx kanalı vasitəsilə suvarma suyu ilə təmin edilir. Həmin kanal rayonun 24 kəndinin 10 min 800 ha sahəsinə xidmət edir. Hazırda kanala saniyədə 5 kubmetr su verilir və həmin su limit əsasında proporsional olaraq kəndlər arasında bölünür. Xoşçobanlı kəndinə limitə uyğun su verilir və su təminatında çətinlik yoxdur.

Ağcabədi rayonun Afşar və Qaradolaq kəndlərinin sakinləri tərəfindən daxil olan müraciətlər araşdırılıb. Bildirilib ki, bu kəndlərin əkin sahələrinin su təminatı əsasən başlanğıcını Araz çayından götürən Yeni Xanqızı kanalı vasitəsilə həyata keçirilir. Bu kanal vasitəsilə rayonun 8 kəndinin 14 min ha yaxın, o cümlədən Afşar kəndinin 2 min 100 ha və Qaradolaq kəndinin 2 min 283 ha sahələri su ilə təmin edilir. Hazırda kanal vasitəsilə rayona saniyədə 2 kubmetr su verilir və su bölgüsü qrafiki əsasında kəndlər arasında paylanılır. Suyun miqdarı az olduğundan suvarmada gecikmələr yaranır. Su təminatına köməklik göstərilməsi məqsədi ilə cəmiyyətin nümayəndəsi rayona ezam edilib. Hazırda Araz çayında su sərfi müəyyən qədər artdığından Yeni Xanqızı kanalı vasitəsilə Ağcabədi rayonuna verilən suyun miqdarının saniyədə 3 kubmetr çatdırılması üçün tədbirlər görülür. Suyun verilməsi təmin ediləcək.

Goranboy rayonun Kələk kənd sakinləri Nəbi İbrahimov, Yaqub Əliyev və Qaramusanlı kənd sakini Şəmsəddin Mirzəyevin müraciətləri barədə bildirilib ki, rayonun Kələk kəndi ərazisində cəmiyyətin yerli istismar idarəsinin balansında 13 ədəd subartezian quyusu var və bu quyular hazırda işlək vəziyyətdədir. Lakin quyulardan 2 ədədi uzun müddət istismarda olduğundan məhsuldarlıqları xeyli azalıb və tələbatı tam ödəmir. Rayonun Qaramusalı kəndində istismarda olan 25 ədəd quyu işlək vəziyyətdədir. Onlardan 3 ədədinin məhsuldarlığı azalıb. Sakinlər həmin quyuların ətrafında yeni quyu lüləsinin (kolunun) qazılmasını xahiş ediblər. Qeyd edilib ki, cari ildən rayon ərazisində məhsuldarlığı azalmış quyulardan 10 ədədinin, o cümlədən Kələk kəndində 1 ədəd və Qaramusalı kəndində 1 ədədinin yanında yeni quyu lüləsinin (kolunun) qazılması nəzərdə tutulub, bu quyulardan 2-də qazma işləri başa çatdırılıb və ilin sonunadək digər quyularının qazılması təmin ediləcək.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Zabratda iki avtomobil toqquşdu, yaralı var







Bakıda gənc ülgüclə özünü doğradı







Bakıda qardaş qardaşı bıçaqlayıb öldürdü







“Koroğlu” stansiyasının yaxınlığında yol kənarında dayanan kişini maşın vurdu


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.