Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Yan
2020
19:50
400

14
Yan
19:50



Bakıda komitə sədrinin müavini evini hostelə çevirib?

Səbail rayonu Mehdi Hüseyn küçəsi, mənzil 6,7-də yaşayan Məmmədova Felmira İsax qızı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Arandan şikayətçidir.

XeberOxu.Az-ın məlumatına görə,  F.Məmmədovanın Modern.az-a ünvanladığı şikayətdə deyilir:

“Mən Səbail rayonu Mehdi Hüseyn küçəsi, mənzil 6,7-də yaşayıram. Mənzilimlə üzbəüz keçmiş millət vəkili Səyyad Aranın mənzilidir. Özü həmin evdə yaşamır, dəfələrlə evi əxlaqsızlıq yuvası kimi gündəlik olaraq naməlum insanlara kirayə verib.

İndi isə qanunsuz olaraq, hostel kimi əcnəbilərin istifadəsinə verib. Səyyad Aranla əlaqə saxlayıb, elədiyinin qanunsuz olduğunu, yaşayış yerində hostel yaradılmasının düzgün olmadığını bildirsəm də, mənə kobud şəkildə “İstəyirsən, Moskvadan jurnalist çağır” deyə bildirdi.

Çox xahiş edirəm, aidiyyatı qurumlar məsələyə münasibət bildirsinlər”.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran məsələ ilə bağlı Modern.az-a açıqlama verib. O, qarşı tərəfin haqsız olduğunu iddia edib:

“Qeyd edilən ünvan mənim övladımın evidir və ev icarəyə verilib. Evi icarəyə götürənlər pakistanlıdırlar. Dünən polis idarəsindən adam çağırdım ki, onların mənşəyini müəyyənləşdirsin, kimdirlər, nəçidirlər.

Bu gün pakistanlılarla rəsmi notariat qaydada müqavilə bağlanacaq və ev hostel kimi istifadə edilməsi üçün onlara icarəyə veriləcək. Müqavilə bağlanan kimi rəsmi qurumlara məlumat ötürülür və istənilən məlumat orada öz əksini tapıb.

Pakistanlılar bizneslə məşğul olmaq üçün bizim ölkədədirlər. Prezidentin aztəminatlı turistlərin ölkədə yerləşməsi üçün lazımi şəraitin yaradılması ilə bağlı sərəncamı var. Mən də buna əməl edirəm.

Hələ həmin evdə kimsə yaşamırsa, vətəndaş hansı haqla insanlara əxlaqsız deyir? Pakistanlılar oradan hostel kimi istifadə edəcək. Hostelin məişət pozğunluğu üçün istifadəsi qeyri-real və qeyri-mümkündür. Hələ orda yaşayan yoxdur.

Pakistanlılar dünyada türklərdən sonra Azərbaycana ən yaxın millətdir. Onlar Azərbaycanda iş quaracaqlar. Onların Bəşir Səfəroğlu küçəsində böyük supermarketləri var. Mənim evimdə təsadüfi adam ola bilməz. Mən küçədən keçəni evimə buraxmaram”.

S.Aran qeyd edib ki, qarşı tərəfi məhkəməyə verəcək:

“Mən o səviyyədə deyiləm ki, mənim evimdə hansısa yuva qurulsun. O adamların özü mənəviyyatsızdır və mən onları məhkəməyə verəcəm. Mən yüksək dövlət statusu daşıyıram.

Mən məgər belə bir şəraitin yaranmasına imkan verərəmmi? Ailə dəyərləri mənim üçün hər şeydən önəmlidir. Bunun əksini iddia edənlərlə isə məhkəmədə görüşəcəyik”.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı-Quba yolunda üç təcili yardım maşını qəzaya düşdü, yaralılar var -Foto +YENİLƏNİB







20 Yanvar faciəsi ABŞ Konqresində yad olundu







Məzahir Pənahov MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb







29 il öncə 9 yaşlı uşaq göz yaşlarına hakim ola bilmir -Video


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.