Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



25 Avq
2019
05:00
465

25
Avq
05:00



Astara-Astara dəmiryol terminalında tikinti işləri bərpa edilib - Nazir müavini

İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmir yolunun 40 kilometrinin relslərinin düzülməsinə tezliklə başlanacaq.

Xeberoxu.az-ın məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmir Yol Şirkətinin icra direktoru Səid Rəsuli Astara Dəmiryol Terminalına baxış keçirərkən deyib.

S.Rəsulinin sözlərinə görə, relslərin düzülməsi İran hökumətinin xərci ilə həyata keçiriləcək. Azərbaycan Respublikası da Rəşt-Astara dəmir yolunun çəkilməsinə 500 milyon dollar investisiya yatıracaq.

Nazir müavini bildirib ki, Astara-Astara dəmiryol terminalında tikinti işləri uzun fasilədən sonra bərpa edilib və Azərbaycan tərəfi ilə bununla əlaqədar çoxlu danışıqlar aparılıb:

“Astara-Astara layihəsinin podratçısı dəmiryol terminalında yükləmə və boşaltma imkanlarını yaratmalıdır”.

Qeyd edək ki, ötən ilin mart ayında Azərbaycan və İran arasında Astara-Astara dəmir yolu istismara verilib. İndiyədək çoxlu sayda yük qatarları Rusiya və Azərbaycandan İranın Gilan vilayətində təkmilləşdirilməkdə olan Astara dəmiryol terminalına daxil olub. Bu qatarların yükləri İranın müxtəlif bölgələrinə nəql olunub.

Astara-Rəşt dəmir yolunun çəkilməsi və dəmiryol terminalında işlərin yekunlaşmasından sonra yüklər Astaradan İranın cənub limanlarına dəmiryolu vasitəsi ilə daşınacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az