XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



19 Noy
2021
15:46
848
19
Noy
15:46



Bakıda məktəbdə uşaqları narkotikə qurşadan şəxs aşkarlanıb?

Bakıda şagirdləri narkotik, siqaret və spirtli içkilərə vərdiş etdirən şəxslərin saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Bildirilib ki, hadisə Xəzər rayonunda yerləşən məktəblərin birində baş verib.

İddia edilib ki, həmin şəxslər məktəbin informatika müəllimi tərəfindən aşkarlanıb və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarına məlumat verilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ümumiyyətlə adı qeyd edilən müəllimin Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə yazıda iddia edildiyi mövzuda şikayəti və müraciəti daxil olmayıb:

“Qeyd edilən yazıda göstərilən məlumatlar tamamilə əsassızdır və heç bir fakta söykənmir.

Həmin məktəbin, məktəbin yaxınlığında və ümumiyyətlə ölkə üzrə hansısa bir orta məktəbin yaxınlığında narkotik vasitələrin satıldığı barədə bu günə qədər polis əməkdaşlarına məlumat daxil olmayıb. Sosial şəbəkələrdə və saytlarda bu mövzuda paylaşılan məlumatlar hər biri tam araşdırılıb. Lakin həmin məlumatlar da təsdiqini tapmayıb.

Xəzər rayonunda yerləşən 322 nömrəli məktəbdə baş verən hadisə ilə bağlı isə, orada yuxarı sinif şagirdi olan bir nəfər dərsdən yayındığı üçün adıçəkilən müəllim tərəfindən dərsdən sonra ona irad bildirilib”.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda 7 il əvvəl gecə klubunda qətl törədən kriminal aləmin üzvünün məhkəməsi başlayıb








Şabranda 1 yaşlı uşaq tualetə düşərək öldü








Xırdalanda nənə və nəvə döyülüb








Samuxda gənc qadın dəm qazından zəhərlənib



Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.