Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Dek
2019
18:47
1039

07
Dek
18:47



Yevda Abramovun dəfn mərasimi niyə gecikir?

Xəbər verdiyimiz kimi, ötən gecə yəhudi əsilli deputat Yevda Abramov dünyasını dəyişib. 

Xeberoxu.Az” xəbər verir ki, Y. Abramov onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə uzun müddət İsraildə müalicə alıb. Dünən axşam saatlarında isə, müalicəsinin davam etdiyi Mərkəzi Klinikada vəfat edib. 

Deputatın bu gün torpağa tapşırılması gözlənilsə də, bu, baş verməyib. Çünki yəhudi inanclara görə, şənbə günü müqəddəs hesab edilir və bu gün bənzər işlər görülmür.

Milli Məclisin deputatı Vahid Əhmədov da “Qafqazinfo”ya bildirib ki, mərhumun dəfni məhz bu səbəbə görə gecikir: “6-cı gün onlarda müqəddəs hesab edildiyinə görə deputatla vida mərasimi və dəfn günü bazar günü baş tutacaq”. 

Mərhum deputatın qızı Fərəh Yusifova da “Report”a açıqlamasında faktı təsdiqləyib.

Qeyd edək ki, Şabat günü adlandırılan 6- cı gün yəhudilərin inancına əsasən,  istirahət günü hesab edilir. Belə ki, yəhudi inancına görə, dünyanın yaradılışının başlanğıcında Tanrı kainatı 6 gün yaradıb və 7-ci gün isə istirahət edib. Ona görə də, yəhudilər Tanrının bu günü onlara ərmağanı kimi qəbul edirlər.

Xatırladaq ki, mərhumla vida mərasimi sabah Quba Mədəniyyət evində saat 12-də keçiriləcək, 1-də isə o, Qırmızı qəsəbədə torpağa tapşırılacaq. 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşəcək







BŞBPİ sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi - Polis rüşvət almayıb







Publik hüquqi şəxslər dövlət büdcəsindən ayrılmış vəsaitləri təyinatı üzrə istifadə etməlidir







Hacıqabulda yük maşınında kişi meyiti tapıldı


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.