XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



17 Noy
2021
12:45
2725
17
Noy
12:45



Ekspert:" Qaz xəttinə hava vurmaqda “Azəriqaz”ın heç bir maddi marağı ola bilməz"

Ötən gün sosial şəbəkələrdə Ucar rayonu ərazisində qaz borusuna hava vurulmasıyla bağlı vətəndaş tərəfindən paylaşılan video müzakirə predmetinə çevrilib.

Məsələni "Report"a şərh edən qaz təsərrüfatı üzrə mütəxəsis Nüsrət Qasımov baş verən hadisə abonent səhlənkarlığı nəticəsində yaranmış fors-major hadisələrin fəsadlarını aradan qaldırmaq üçün həyata keçirilən standart prosedurdur.

“Bu tip hadisələr adətən fərdi evlərdə istilik sisteminin çəkilişinə cəlb olunan naşı ustaların su xəttini qaz xəttinə qoşması nəticəsində yaranır. Bəzən bu hal qazıntı işləri zamanı qaz xətlərinin zədələnməsi və sonrada həmin borulara qrunt və yağış sularının dolması nəticəsidə müşahidə edilir.

Borulara dolan su qazın verilişini tamamilə dayandırır, bu da təchizatçı üçün problem yaradır. Belə fors-major hallar zamanı standart prosedur çərşivəsində “Azəriqaz” İstehsalat Birliyi qaz təchizatını müvəqqəti olaraq dayandıraraq kompressorlar vasitəsilə kəmərlərə 1-2 atmosfer gücündə yüksək təziqli hava vurur".

Onun sözlərinə görə, həmin hava isə qaz xəttinə dolmuş suyu qovub çıxarır: "Bundan sonra həmin hava hələ də boruların içində qalır. Qazın verilişi bərpa olunandan sonra hava təbii qazla birlikdə çıxır. Bu tip hallar xaricində qaz xətlərinə bilərəkdən hava vurmaqda “Azəriqaz”ın heç bir maddi marağı yoxdur. Çünki hər ay əhaliyə 30 milyon kubmetr qaz satan və bunun pulunu vaxtı vaxtında alan qurumun 2-3 kubmetrdən ötrü öz reputasiyasını və ən əsası abonentlərin sağlamlığını risk altına atacağını düşünmək ağılsızlıqdır”.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.