XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



16 Apr
2021
18:45
1012
16
Apr
18:45



AstraZeneca qan laxtalanmasına səbəb olur? - VİDEO

“AstraZeneca” peyvəndinin ucuz olması bəzi şirkətlərin müəyyən kommersiya maraqlarına toxunur və bu səbəbdən ona qarşı kampaniya aparılır.

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında professor Adil Qeybulla deyib.

O bildirib ki, “AstraZeneca” “Sрutnik V” və “CoronaVac” peyvəndindən daha keyfiyyətlidir:

“AstraZeneca” peyvəndi yüksək səviyyəli peyvənddir. Britaniyada milyonlarla insana bu peyvənddən vurulub. Bəli, onun əks təsirləri ola bilir. Müəyyən edilmişdi ki, trombositlərin sayı aşağı olan insanların beyninin əsas venalarında tromboz halları baş verir və bu da insultlara gətirib çıxara bilir.

Ola bilsin ki, buna görə peyvənd vurulmazdan əvvəl bəzi şəxslər yoxlansın və belə onlarla bağlı müəyyən hazırlıq tədbirləri görülsün. Amma bu, kütləvi hal daşımadığı üçün belə epizodlara görə müasir texnologiya ilə hazırlanmış peyvəndi qaralamaq, ona qarşı kampaniya aparmaq qətiyyən düzdün deyil. Hər halda “AstraZeneca” Rusiyanın “Sрutnik V”, Çinin “CoronaVac” vaksinindən qat-qat yüksək texnologiya ilə hazırlanmış peyvənddir”.

Türkiyəli həkim Muhammed Akkoyunlu isə qeyd edib ki, “AstraZeneca” peyvəndinin istehsalçısı yan təsirləri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirməlidir:

“AstraZeneca” peyvəndinin yan təsirləri ilə bağlı yayılan məlumatlara istehsalçı şirkət və distribyutor tərəfindən aydınlıq gətirilməlidir. Əgər bu peyvənd yüz milyonda bir ölümə səbəb olarsa və eyni zamanda virusun qarşısını alarsa, o zaman ondan istifadə edilməsinə icazə verilə bilər. Peyvəndin trombozlar yaratması, bu halların neçə faiz olması və s. kimi qaranlıq qalan məlumatlarla bağlı isə istehsalçılar tərəfindən məlumat açıqlanmalıdır”.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Göyçayda 18 yaşlı qızın öldürüldüyü məlum oldu- TƏFƏRRÜAT








Binəqədidə 18 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb








Oğuzda 15 yaşlı məktəbli özünü asıb








Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.