02 Dek 2020
16:22
![]() |
02
Dek 16:22
![]() Böyük Britaniyada koronavirusa qarşı peyvəndləmə başlayacaq “Pfizer” və “BioNTech” şirkətlərinin birgə koronavirus vaksini Böyük Britaniyada tətbiq olunması üçün razılıq alınıb. XeberOxu.Az-ın məlumatına görə, bu, Böyük Britaniyada qeydiyyata alınan ilk koronavirus vaksini olub. Bu barədə ölkə hökuməti açıqlama yayaraq istifadə üçün tövsiyələri qəbul etdiyini deyib. Yaxın günlərdə ölkə 10 milyon doza əldə edəcək. Peyvəndləmənin gələn həftə başlaması gözlənilir. Qeyd edək ki, ilin sonunadək “Pfizer” və “BioNTech” vaksininin ABŞ və Avropa İttifaqında da qeydiyyata alınması gözlənilir. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu
Cəbhəboyu ərazilərdə çoxlu sayda silah-sursat aşkar edilib
Tərtərdə gizli fəaliyyət göstərən kafe aşkarlandı
Şabranda qanunsuz ov edən şəxslər saxlanıldı
|