Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
Haqqımızda   RU     



18 Mart
2023
18:01
651
18
Mart
18:01



Bakıda qadınlara qarşı soyğunçuluq edən tutuldu - VİDEO

Paytaxtın Xətai rayonunda naməlum şəxs bankomatlardan birindən pul çıxaran qadını izləyərək Yeni Günəşli qəsəbəsində ona qarşı soyğunçuluq etməyə cəhd göstərib.

Daxili İşlər Nazirliyindən Xəbəroxu.Az -a verilən xəbərə görə, zərərçəkən izahatında hadisə zamanı həmin şəxsin onun içərisində 3 min manat olan çantanı ələ keçirmək istədiyini amma yaranan səs-küy nəticəsində onun cinayəti sona çatdırmadan ərazidən uzaqlaşdığını bildirib. 

Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı rayon Polis İdarəsi 33-cü Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə keçirdiyi  əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Orxan İsgəndərov təkrar cinayət etmək məqsədilə “Əhmədli” metrosu yaxınlığındakı bankomatı müşahidə edərkən saxlanılıb. Bununla da onun növbəti dəfə cinayət hadisəsi törətməsinin qarşısı alınıb.

Orxan İsgəndərovun paytaxt ərazisində başqa bu kimi cinayətlər törətdiyi istisna olunmur. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Faktla bağlı 33-cü Polis Bölməsində  toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün  Suraxanı rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

<iframe width="100%" height="360" src="https://www.youtube.com/embed/Nkhkgy9v84I" title="Bakıda bankomatdan pul çıxaran qadınları izləyərək onlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" allowfullscreen></iframe>


Xeberoxu.az

Məqalə:     #qadınlara    #qarşı    #soyğunçuluq    #edən    #Hadisə  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Hadisə xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə








© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.