Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








06 Dek
2018
20:44
141



Bakıda qayınatasını öldürən şəxs: Alimentə görə qətlə yetirdim

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Samir Şabanovun işi üzrə məhkəmə prosesi davam edib.

XeberOxu.Az-ın məlumatına görə,  hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxsin qardaşı Sahib Şabanov bildirib ki, qardaşı ailəsi ilə birgə onlarda yaşayıb: "Samirin arvadı Zülfiyyə 6 aylıq hamilə olanda o, Qazaxıstana işləməyə getmək istədi. Qızın ailəsi buna etiraz etsə də, Samir getdi. Sonra da Zülfiyyə çıxıb atasıgilə getdi və orada yaşamağa başladı. Samir qayıdanda artıq uşaq dünyaya gəlmişdi, o, övladını görmək üçün Hətəmin evinə getsə də, görüşə icazə verməmişdilər. Daha sonra Zülfiyyə Samirdən boşandı və məhkəmə uşağa görə aliment kəsdi. Bir müddət sonra Samirin alimentə görə borcu yığıldı, onlar da ödəmədiyi üçün onu məhkəməyə vermişdilər.

Hadisə olan gün də Samir məhkəməyə getmişdi. Gələndən sonra dedi ki, Hətəmlə mübahisə etmişəm. Sonra anam dedi ki, Samir ona Hətəmi öldürdüyünü deyib. Mən inanmadım, çünki əvvəl də bir neçə dəfə belə demişdi. Yatdıq, səhər polislər gəlib bizi aparanda, Hətəmin öldüyünü bildim".

S.Şabanov deyib ki, alimentə görə 6 min manat borcu yaranıb və ödəyə bilməyib: "Məhkəmədə Hətəmlə mübahisə etdim, evə gələndən sonra axşam yenə Hətəmlə görüşüb mübahisə etdik. Hadisə də orda oldu".

İttihama görə, 2018-ci il aprelin 21-də Sabunçu rayonu, Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Məmmədov küt alətlə başından vurularaq qətlə yetirilib. Hadisəni törədən Samir Şabanov saxlanılıb. S. Şabanov H.Məmmədovun qızının həyat yoldaşı olub.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər HADiSƏ xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]