Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Sen
2019
16:01
558

23
Sen
16:01



Müəllimlər üçün dil təkmilləşdirmə təlimləri keçiriləcək

“Uğur üçün Tədris” (SPEX) layihəsi çərçivəsində Dil təkmilləşdirmə təlimləri keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən XeberOxu.Az-a verilən məlumata görə, dil təkmilləşdirmə təlimlərinin keçirilməsində əsas məqsəd müəllimlərin İngilis dilində danışıq səriştəsinin artırılması, dil və tədris bacarıqlarının təkmiləşdirilməsi, onların əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da inkişaf etdirilməsindən ibarətdir.

“British Council”un peşəkar təlimçiləri tərəfindən aparılan təlimlər Beynəlxalq Aptis İmtahanının nəticələrinə əsasən, Səbail, Suraxanı və Xətai rayonları üzrə müəyyən edilmiş təlim mərkəzlərində təşkil olunacaq.

Həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulan təlimlərdə 370 İngilis dili müəllimi iştirak edəcək.

Dil təkmilləşdirmə təlimlərini uğurla başa vuran müəllimlər layihənin növbəti mərhələsi olan Metodologiya təlimlərinə cəlb olunacaqlar. Təlimlərdən keçən müəllimlərə sertifikat təqdim ediləcək.

Qeyd edək ki, “Uğur üçün tədris” (SPEX) layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az