Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Sen
2019
16:19
585

23
Sen
16:19



Renessans Palace “Mənim evim mənim Vətənimdir” adlı böyük konsert tədbiri ilə sakinlərini ətrafına yığdı

“Renessans Palace” Premium Yaşayış Kompleksi möhtəşəm “Mənim evim,… mənim Vətənimdir” tədbirlə sakinlərinin ixtiyarına verildi. Kompleksin geniş həyətində keçirilən konsertdə Azərbaycanın ziyalıları, tanınmış memarları media və mədəniyyət simaları iştirak edərək “Renessans Palace”ın memari özəllikləri, şəhərə qatdığı əlavə gözəllik barədə öz müsbət fikirlərini bildiriblər.

“Renessans Palace”ın müəllifi “AS Qrup”un təsisçisi Şahin Mövsümov çıxış edərək “Mənim evim, …mənim Vətənimdir”də qeyd olunan üç nöqtə altında nəzərdə tutulanların açıqlamasını vererek bildirib ki: “Mənim evim, küçələr, yollar, həyət, insanlar, parklar və s.-dən ibarət olan ətraf birlikdə mənim Vətənimndir. Və bunların daima qayğısına qalmaq hər bir vətəndaşın borcudur.”

O, öz çıxışında qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyevanın apardıqları uğurlu sosial siyasət nəticəsində Azərbaycan regionda hər bir sahədə lider pozisiyalardadır və sakinlərlə qonaqları bu siyasəti dəstəkləməyə çağırıb.

Tədbirdə, həmçinin “AS Qrup” şirkətinin Tbilisi prospektində ilin sonunda inşa ediləcək Luks lahiyəsi təqdim olunaraq satışlara start verildiyi bildirilib. Layihə klub evi olaraq cəmi 55 mənzildən ibarət olacaq.

“Renessans Palace”ın həyətində tədbirə özəl Azərbaycanın müxtəlif tarixi dövrlərini əks etdirən ekspozisiya və dekorasiyalar quraşdırılıb, “Mənim şəhərim” mövzusunda çəkilən rəsm əsərləri nümayiş etdirilib. Tədbirdə həmçinin peşəkar rəssam Nərminə Vəliyevanın rəsm əsərləri əsasında tikilən, Azərbaycanın tarixi abidələrini əks etdirən geyimlərdə müxtəlif yaşlarda uşaqların dəfiləsi də qonaqların xüsusi marağına səbəb olub.

Bir neçə saat davam edən konsert möhtəşəm atəşfəşanlıqla tamamlanıb.

Premium seqmentin keyfiyyət, infrastruktur, xidmət və digər bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1050 mənzildən ibarətdir. Mənzillərin hündürlüyü standard ölçülərdən (3 metr) daha artıq – 3.35 metrdir. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mitsubishi” markalı sürətli liftlər quraşdırılıb.

Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.
Kompleksin ilk 2 mərtəbəsində fəaliyyət göstərəcək iaişə obyektləri isə (restoran, kafelər, fitnes zal, uşaq bağçası, gözəllik salonu, sağlamlıq mərkəzi və s.) sakinlərin rahatlığına xidmət göstərəcək. 3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,5 hektar hissəsi sakinlər üçün meşətipli, qapalı parkdır.

“Renessans Palace” 120 yerüstü, 1550 yeraltı avtomobil parkinq yeri ilə həm də paytaxtın ən iri avto-parkinqinə sahib yaşayış kompleksidir.

Sentyabrdan etibarən premium mənzildə yaşamaq istəyən digər şəxslər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: 0125382977 və 0507158888.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az