XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



18 Apr
2021
12:11
996
18
Apr
12:11



Atası tərəfindən şiddətə məruz qalan uşaqla bağlı məsələ DİN-in nəzarətindədir - FOTO

Sosial şəbəkələrdə Keşlə qəsəbəsində azyaşlının atası tərəfindən mütəmadi olaraq şiddətə məruz qaldığı barədə məlumatlar yayılıb. 

Oxu.Az xəbər verir ki, iddialara görə, azyaşlının müdafiəsi ilə bağlı bir çox sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşımlar edilib. 

Bununla bağlı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə də paylaşım edib. Onun sözlərinə görə, azyaşlının şiddət gördüyünü dair ona da zənglər daxil olub:

“Mənə zəng edib bu uşağın atası tərəfindən şiddət gördüyü, anasının isə vəziyyətə heç bir reaksiya vermədiyi bildirilib. Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat vermişəm. Əgər bu uşağa qarşı cinayət faktları öz təsdiqini taparsa, ana da məsuliyyət daşımalıdır”.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, azyaşlı ilə bağlı məsələ rəhbərliyin nəzarəti altındadır:

“Bu məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın yekun nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.

 

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bərdədə restoran xidmətçisini elektrik cərəyanı vuraraq öldürüb








Şəkidə narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb








Gəncədə oğul anasını bıçaqlayıb








Gəncədə əsəb xəstəsi olan oğlan anasına xəsarət yetirdi


Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.