XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



15 May
2021
19:15
3543
15
May
19:15



Aygün Kazımova qızı, Röya və Namiqdən danışdı

"Həmkarlarımı izləmədiyim zamanlarda belə, etdikləri gözəl layihələri qarşıma çıxanda hər zaman bəyənib və şərhlər yazırdım. İnstaqramda izləməmək əslində mənim üçün münasibətin olmaması anlamına gəlmir. Bu dəfə ürəyimdən belə bir addım atmaq keçdi".

Bu sözləri Axşam.az-a qısa müsahibəsində Xalq artisti Aygün Kazımova deyib. Əməkdaşımızın suallarını cavablandıran müğənni yaradıcılığından, sənət dostlarından və son günlər atdığı addımlardan danışıb.

İfaçı bir müddət əvvəl İnstaqramda sənət adamlarını izləməyə başlamasından söz açıb. "Onlar sırasında danışmadığınız sənət dostları da var idi, bunu barışıq addımı kimi qiymətləndirmək olar" sualına Kazımova belə cavab verib:

"Mənim heç kimlə küsülü, incik münasibətim yoxdur. Əgər kimdəsə var idisə, deməli, onlarda gördü ki, küsülülükləri qarşılıqsız idi (gülür). Qəlbimdə insanlara olan sevgini qoruyub saxlamaq istəyirəm. Kin insanı içdən yeyən, darmadağın edən hissdir. Buna görə də bu hisslərdən uzaq insanam. Bundan sonra da kimə qarşı sevgim olsa, o insanı da daxil edəcəm izlədiklərimin sırasına".

Pandemiya ərəfəsində sənət adamlarının əksəriyyəti toy olmamasından gileylənib. Kazımova bildirib ki, el şənliklərinin keçirilməməsi ona yaradıcı işlərlə məşğul olmağa mane olmayıb:

"Sənətim tək tədbirlər və toylardan ibarət olmadığı üçün yaradıcılığıma ara vermədim. Düşünmürəm ki, hansısa fövqəladə vəziyyət məni sənətdən, yaradıcı işlərdən uzaq sala bilər. Mahnılarımı yazdırdım, pandemiya ərəfəsində çətinliklər olsa da, qardaş Türkiyədə kliplər çəkdirdim, fotosessiyalar etdim. Bir sözlə çalışdım ki, bu çətin ərəfələrdə evdə oturan sevənlərimin gözü yolda qalmasın".

"Pandemiyadan əvvəl sizi də Rusiya toylarında çox görürdük. Sizə bu ərəfədə Rusiyadan toy təklifi gəlib" sualına cavabında müğənni orada say-seçmə məclislərə qatıldığını deyib:

"Öz solo ifalarımla yanaşı, tez-tez Namiqlə (meyxanaçı Namiq Qaraçuxurlu - red.) bərabər də səhnə alırıq. Elə bu yaxınlarda keçiriləcək bir neçə toy məclislərinə də Namiqlə artıq dəvət almışıq.Yaxın zamanda iştirak edəcəyik".

İllər əvvəl sənətdə tək davamçısı kimi qızı İlqarə Kazımovanı gördüyünü deyən müğənni övladı ilə bağlı sualları da cavablandırıb. "Hələ də yeganə davamçınız kimi qızınızı görürsünüz" sualına Kazımova belə reaksiya verib:

"Yeganə davamçım, bəli, mənim qızımdır. Təbii ki, genlərin çox böyük rolu var insan həyatında. Qızım 5 yaşından böyük səhnələrdədir. Gündəlik o, mənimlə bərabər "Aygün şou" da çıxış edirdi. "Aygün şou" da görün kimlər qonaq olurdu: Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Samir Bağırov, Gülşən Qurbanova, Azər Mirzəyev. Qızım uşaq yaşlarından onlarla bir səhnə bölüşürdü. İlqarə Kreml səhnəsindən tutmuş, Tofiq Bəhramov adına stadionun səhnəsinə qədər gedib çıxıb. Bir sözlə, o, çox böyük bir məktəb keçib. Bu yaxınlarda da qızımdan gözəl yaradıcı xəbərlər olacaq".

A.Kazımova yeni duetlə dinləyicilərini sevindirəcəyini də gizlətməyib:

"Pandemiyadan əvvəl elə bir duet ortağım olacaqdı ki... Çox təəcüblənəcəkdiniz. Pandemiya bir az planlarımızı təxirə saldı, amma poza bilmədi. Səbr edin, yaxında gözəl layihələr olacaq. İnşallah, görəcəksiniz ki, növbəti duet ortağım kim olacaq. Əminəm, çox təəcüblənəcəksiniz".

"Röya Ayxan da bu yaxında sizinlə duet oxumaq istəyini dilə gətirdi. Bu təklifə münasibətiniz necə oldu" sualına Kazımova "Röyanın son zamanlar çıxışları gözəl təsir bağışlayır. Xüsusən "33 sual" da cavablarını izlədim və xoşuma gəldi. Məncə, çox doğru istiqamətdə və mövqedədir. Duetə gəlincə isə, əlbəttə niyə də olmasın. Bəstəkarlarımız bizə yaxşı bir mahnı yazsın, biz də gözəl bir layihə şəklində sevənlərimizə təqdim edərik" cavabını verib.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








13 nəfərlik növbəti erməni terrorçu dəstənin məhkəməsi başladı








Binəqədidə 36 yaşlı kişi qətlə yetirilib








Yevlaxda çətənə becərən şəxs saxlanılıb -VİDEO








Sosial şəbəkələrdə onlayn narkotik satan 27 nəfər saxlanılıb-VİDEO


Digər Şou-biznes xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.