XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

28 Iyul
2022
19:28
637
28
Iyul
19:28



Baş Prokurorluq “Avto-Garant” ilə bağlı iddialara MÜNASİBƏT BİLDİRDİ

Baş Prokurorluq “Avto-Garant” ASC ilə bağlı iddialara münasibət bildirib.

Bu barədə  Xeberoxu.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

“Bəzi sosial şəbəkə və media səhifələrində “Avto-Garant” ASC-nin təsisçisi Nazim Bəydəmirli və ASC-nin idarə heyətinin sədri Elmar Musayevin  2014-cü ildə “Avto-Garant” ASC-nin mülkiyyətçisi Ədalət Bağırov və qeyriləri tərəfindən E.Musayevin qanunsuz olaraq vəzifədən kənarlaşdırılması, pul vəsaitlərinin dövlət büdcəsindən yayındırılması və xəzinəyə mədaxil edilməməsi barədə müraciətləri üzrə Xətai rayon prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması və əsassız qərar qəbul edilməsi ilə bağlı ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən məlumatlar yayılıb.

Bununla əlaqədar bildiririk ki, Xətai rayon prokurorluğunda araşdırma aparılmaqla müəyyən edilmişdir ki, tərəflər arasında müxtəlif vaxtlarda göstərilən xüsusatlar üzrə mübahisələrə mülki mühakimə qaydasında qarşılıqlı iddia tələblərinə əsasən birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılaraq müvafiq qərarlar qəbul edilmiş, həmçinin göstərilən məsələlərlə bağlı məhkəmə baxışları zamanı hər hansı cinayət xarakterli məlumatlar araşdırılması üçün prokurorluq orqanlarına göndərilib.

Araşdırma zamanı qeyd edilən mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiyallığı nəzərə alınaraq və müraciətdə göstərilən digər xüsusatlar öz təsdiqini tapmadığına görə Bakı şəhəri Xətai rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Göstərilənlər barədə Nazim Bəydəmirliyə və digər maraqlı şəxslərə dəfələrlə məlumatlar verilmiş və qanunvericiliyin tələblərinə əsasən hüquqları izah edilib”.


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə yolda meyit tapılıb








Azərbaycanda film kimi hadisə: Oğru ev sahibi ilə… -VİDEO








Külək məcburi köçkünlərin yaşadığı evi yararsız hala saldı - VİDEO








Cəlilabadda AĞIR QƏZA: İki hərbçi öldü -FOTO



Digər Hadisə xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.