XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



04 May
2021
07:45
689
04
May
07:45



Bayden qaçqınların ABŞ-a qəbulu limitini artırdı

ABŞ prezidenti Co Bayden 2021-ci il maliyyə ilində (oktyabrın 1-dən başlanıb-red) qaçqınların qəbulu limitini 62,5 min nəfərə qədər artırıb.

 Xeberoxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının Ağ Evin mətbuat xidməti tərəfindən yayılmış bəyanatında bildirilir.

"Bu, əvvəlki rəhbərlik tərəfindən təyin olunmuş, Amerikanın qaçqınları qəbul edən və dəstəkləyən bir ölkə kimi dəyərlərini əks etdirməyən, tarixən 15 000 nəfərlik aşağı kvotasını ləğv edir. Qaçqınların qəbulunun yeni limiti həmçinin qaçqınların qəbulu məsələsində ABŞ-ın imkanlarının genişləndirilməsi üzrə təşəbbüs göstərilən səylərə imkan yaradacaq ki, növbəti maliyyə ilində 125 min qaçqını qəbul etməyə nail ola bilək", - sənəddə deyilir.

Cari maliyyə ilində 15 min nəfərlik kvota oktyabrın sonunda ABŞ-ın əvvəlki prezidenti Donald Tramp tərəfindən müəyyənləşdirilmişdi. Bu, 1980-ci ildən minimal göstəricidir. 2020-ci il maliyyə ilində limit 18 min insan təşkil edib və 2019-cu il ilə müqayisədə demək olar, iki dəfə azaldılıb.

Xatırladaq ki, Co Bayden prezident seçkiləri ərəfəsində seçicilərinə ABŞ-a qaçqınların qəbulu limitini artıracağını vəd vermişdi.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Paytaxtda avtomobillər toqquşdu, xəsarət alanlar var








Qazax sakinində narkotik aşkarlandı








Paytaxtda avtomobillər toqquşdu, xəsarət alanlar var








Balakəndə intihara cəhd edən şəxs Bakıya gətirilib


Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]

Яндекс.Метрика




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.