10 Yan
2020
13:09
2739

10
Yan
13:09



Sabahın havası: Duman, çiskin, yağış

Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XeberOxu.Az-a verilən məlumata görə, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Yanvarın 11-də Azərbaycanın rayonlarında gündüz hava yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Hava proqnozu xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.