14 Yan
2020
15:52
2172

14
Yan
15:52



BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması üzrə qrup rəhbəri, beynəlxalq məsləhətçi Piter Midlbruk ilə görüş olub.

Nazirlikdən Xeberoxu.Az-a verilən məlumata görə, görüşdə BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin müşaviri Şəms Mustafayeva da iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ötən dövrdə BMT-nin İnkişaf Proqramı və Əhali Fondu, BMT-nin Uşaq Fondu, Beynəlxalq Əmək Təşkilatı ilə nazirliyin geniş əməkdaşlıq gündəliyinin formalaşdığını, birgə icra olunan proqram və layihələri, əldə olunan müsbət nəticələri qeyd edib. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, Konvensiyaları və Paktlarının icrası sahəsində ölkəmizin uğurlu təcrübəsini diqqətə çatdırıb. Prezident İlham Əliyevin sosial islahatlar proqramının nailiyyətlərini diqqətə çatdıran S.Babayev ölkəmizdə vətəndaş rifahının təminatı sahəsində atılan mühüm addımlar, həssas qrupların hərtərəfli sosial dəstəklə təmin edilməsi üçün icra olunan proqramlar barədə məlumat verib. Dövlət sosial xidmətlərinin innovativ mexanizmlər üzərində keyfiyyətinin yüksəldilməsi üçün reallaşdırılan islahatları, uğurla reallaşdırılan DOST konsepsiyasını diqqətə çatdırıb.

İslahatların geniş miqyas almasının BMT qurumları ilə əməkdaşlığın da getdikcə genişlənməsinə səbəb olduğunu deyən S.Babayev BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması ilə bağlı nazirlik üçün prioritetləri qeyd edib. Bildirib ki, bu prioritetlər sırasına əhalinin həssas qrupların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədilə proqramların həyata keçirilməsi, işçi qüvvəsinin sertifikasiyası sisteminin qurulması, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların peşə-əmək bazarına inteqrasiyası və s. daxildir.

P.Midlbruk, Q.İsakzai, A.Frakassetti Azərbaycanda innovasiya və məşğulluğun inkişafı, sosial cəhətdən həssas qrupların hüquqlarının və rifahının təmin olunması, onlar üçün inklüziv, layiqli iş yerlərinin yaradılması, demoqrafiya, yaşlıların rifahının təşviqi, institusional potensialın artırılması, mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməsi və digər istiqamətlərdə nazirliklə müsbət iş təcrübəsindən bəhs ediblər.

Görüşdə BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri, sənəddə sosial sahə ilə bağlı əksini tapacaq prioritetlər müzakirə olunub.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Sosial xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.