15 Yan
2020
01:26
1811

15
Yan
01:26



Qax Dövlət Gürcü Dram Teatrının 40 illik yubileyi Tbilisidə qeyd olunub

Yanvarın 14-də Tbilisidə Gürcü Teatr Günü qeyd edilib.

XeberOxu.Az-ın məlumatına görə, budəfəki tədbir bütünlüklə Qax Dövlət Gürcü Dram Teatrının 40 illik yubileyinə həsr olunub.

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Çxenkeli teatr truppasının üzvlərini yubiley münasibətilə təbrik edib, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir deyib ki, Qax Dövlət Gürcü Dram Teatrı Gürcüstandan kənarda olan yeganə teatrdır. Bu teatrın 40 illik yubileyinin qeyd olunması bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

Bildirilib ki, teatrın təsisçisi Anzor Dolencaşvili gürcü mədəniyyətinin təbliğindəki xüsusi xidmətlərinə görə Sandro Axmeteli adına mükafata layiq görülüb. Mərasimdə mükafat sahibinə təqdim olunub.

Mədəniyyət ocağının rejissor və aktyorları da xüsusi adlar və təşəkkürnamələrlə təltif olunublar.

Qeyd edək ki, 1981-ci ildə Qax rayonunun Əlibəyli kənd Mədəniyyət evində gürcü dram dərnəyi yaradılıb. Kollektiv 1985-ci il mayın 31-də Xalq teatrı adını alıb.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı və Nazirlər Kabinetinin 2005-ci il 22 fevral tarixli qərarı ilə teatra dövlət statusu verilib.

Hazırda truppası 20 nəfərdən ibarət olan teatrın repertuarında 10 tamaşa var.

Qax teatrının aktyorları müxtəlif tamaşalardan parçalar göstərib, mahnı və rəqsləri ifa ediblər.

Yubiley tədbirində ölkəmizi Azərbaycan teatr rejissoru, Xalq artisti Azərpaşa Nemətov və digər rəsmi şəxslər təmsil ediblər.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.