15 Yan
2020
15:25
861

15
Yan
15:25



Eşitmə məhdudiyyətli gənclər karateyə cəlb olunacaq - Memorandum imzalandı

"Karlara Dəstək" İctimai Birliyi və "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Milli Karate Federasiyası eşitmə məhdudiyyəti olan yeniyetmə və gənclərin karate olimpiya idman növü ilə məşqul olmağa cəlb edilməsinə aid əməkdaşlıq məqsədi ilə Üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

Milli Karate Federasiyasından XeberOxu.Az-a verilən məlumata görə, Memorandum Federasiyanın prezidenti Yaşar Bəşirov, "Karlara Dəstək" İctimai Birliyinin sədri Kamran Abasov və "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Mövlud tərəfindən imzalanıb.

İmzalanma mərasimində kütləvi informasiya vasitələrinə açıqlama verən tərəfdaşlar, Azərbaycanda əlillərin rahat şəkildə idmanla məşğul olmaları üçün yüksək standartlara cavab verən infrastruktur, o cümlədən paytaxtda və regionlarda inşa edilən Olimpiya İdman Kompeksləri, idman qurğuları, idman təşkilatlarının apardığı işlərin ölkədə əlillərə böyük dəstək verdiyindən danışıblar.

Çıxışlarda gənclər və idman sahələrində aparılan islahatlar, əldə olunan nailiyyətlər, eləcə də, uğurla təşkil edilən beynəlxalq idman tədbirləri haqqında məlumat verilib, bu sahələrə dövlət səviyyəsində göstərilən dəstək xüsusi vurğulanıb. Çıxışlarda həmçinin idmanın əlil insanların cəmiyyətə inteqrasiyasında körpü rolunu oynayan bir vasitə olması qeyd olunub.

Tədbirin sonunda bir qrup eşitmə məhdudiyyətli gənc karateçiyə 7-ci Kyu sarı kəmər və sertifikatlar təqdim olunub. Tədbirdə memorandum tərəfdaşlarının rəsmiləri, eşitmə məhdudiyyətli gənc karateçilər və media nümayəndələri iştirak edib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər İdman xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.