16 Yan
2020
19:57
738

16
Yan
19:57



Göygöldə narkotik alan və satan şəxslər saxlanılıb -FOTO

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Xeberoxu.Az DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakinləri 38 yaşlı Baxşəli Mürsəqulov və 35 yaşlı Xəyal Əsgərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə baxış keçirilən zaman B. Mürsəqulovun üzərindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.022 qram narkotik vasitə olan heroin, X. Əsgərovun üzərindən isə 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.076 qram narkotik vasitə olan heroin aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərə narkotik vasitəni satanın həmyerliləri 50 yaşlı Mahir Məmmədovun olduğu müəyyən edilib. RPŞ-də onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 2 ədəd kağız bükümdə ümumi çəkisi 0.111 qram kustar üsulla hazırlanan psixotrop maddə hesab olunan metamfetamin və 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.791 qram kustar üsulla hazırlanan heroin aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı M. Məmmədov narkotik vasitələri satmaq məqsədi Rəşad adlı Gəncə şəhər sakinindən aldığını bildirib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 34 yaşlı Rəşad Hüseynov Gəncə şəhərində saxlanılaraq Göygöl rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 4 ədəd sellofan bükümdə ümumi çəkisi 3.458 qram vasitə olan heroin aşkar olunub. R. Hüseynova məxsus “NİVA” markalı avtomobildən isə ümumilikdə 299 ədəd müxtəlif adda narkotik vasitə hesab edilən dərman həbləri, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0.822 qram narkotik vasitə olan “heroin” və 3 ədəd sellofan bükümdə ümumi çəkisi 1.168qram psixotrop maddə hesab edilən metamfetamin aşkar olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.