16 Yan
2020
20:04
762

16
Yan
20:04



Şirvanda iki yeni Elektron ATS istifadəyə verilib

“Aztelekom” MMC tərəfindən Şirvan şəhərində telefon çəkilişi, əhatə dairəsinin genişləndirilməsi, genişzolaqlı internetə olan tələbatın keyfiyyətlə ödənilməsi məqsədilə bir sıra işlər həyata keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberoxu.Az-a verilən məlumata görə, belə ki, şəhərin Bülbül küçəsində yeni salınmış yaşayış massivinin telefonlaşdırılması məqsədilə Mərkəzi Elektron ATS-dən 1700 metr uzunluğunda kabel-kanal xətti çəkilərək sakinlərin rabitə xidmətlərinə olan tələbatını ödəmək üçün 1040 nömrə tutumlu Elektron ATS istifadəyə verilib.

Bundan başqa şəhərin İsmət Qayıbov küçəsində istismar müddəti başa çatmış 3000 metr uzunluğunda kabellər yeni tip kabellərlə əvəz olunub. Əraziyə xidmət edən Elektron ATS-də yeni NGN tipli avadanlıqlar quraşdırılıb, nömrə tutumu artırılaraq 928 nömrəyə çatdırılıb.

Parametrlərə cavab verməyən kabellərin dəyişdirilməsi, yeni avadanlıqların quraşdırılması nəticəsində abunəçilərə göstərilən telefon və genişzolaqlı internet xidmətində yaranmış texniki problemlər aradan qaldırılıb.

2019-cu il ərzində şəhərin müxtəlif ünvanlarında daxili xətt şəbəkəsində genişləndirmə, montaj və digər zəruri işlər görülüb.

Şəhər üzrə görülən işlər nəticəsində telefon və internet abunəçilərinin sayında ciddi artım baş verib.

Qeyd edək ki, cari ildə də Şirvan şəhərində rabitə və genişzolaqlı xidmətlərin çeşidlərinin artırılması istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.