17 Yan
2020
10:30
743

17
Yan
10:30



Tramp administrasiyası Pentaqondan Meksika ilə sərhəddə divar inşasının maliyyələşdirilməsini istəyir

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi Pentaqona Meksika ilə sərhəddə 270 mil (434 kilometr) divarın inşasının maliyyələşdirilməsi üçün sorğu göndərib.

Xeberoxu.Az-ın məlumatına görə, daha əvvəl ABŞ-ın federal apelyasiya məhkəməsi D.Tramp administrasiyasının Meksika sərhəddində divar tikmək üçün Pentaqonun büdcəsindən 3,6 milyard dollarl istifadə planını əngəlləyən aşağı pillədəki məhkəmənin qərarını ləğv edib.

Pentaqon sözçüsü sorğunun baxılmasının iki həftə çəkəcəyini söyləyib və ərizənin maliyyə komponenti barədə məlumat verməkdən imtina edib. O, sərhəd divarının tikintisinin maliyyələşdirilməsinə dair əvvəlki tələblərin Pentaqon tərəfindən yalnız qismən təmin olunduğunu qeyd edib.

Daha əvvəl Tramp uzunluğu 500-550 mil olan bütün divarın 2020-ci ildə keçiriləcək növbəti seçkilərə qədər tikiləcəyini demişdi. Tramp administrasiyası, Meksika ilə sərhəddə yeni sədlər qurmaq üçün digər büdcə maddələrindən təxminən 3,6 milyard dollar alacağını söyləmişdi. D.Tramp, sərhəddə fövqəladə vəziyyət elan edilərkən Konqres tərəfindən başqa məqsədlər üçün ayrılmış vəsaitləri istifadə etməyə imkan verən şərtdən yararlanıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Karateçimiz Avstriyada Karate1 Premyer Liqa turnirində finala yüksəlib







Əbülfəs Qarayev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb







BSU-da “V.V.Vinoqradovun linqvistik ideyaları” mövzusunda tədbir keçirilib







Bakıda daha 616 evə qaz verildi


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.