17 Yan
2020
11:58
868

17
Yan
11:58



Əziz Əzizov sakinlərlə görüşdü

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Yeni Günəşli “D” massivində keçirib. 

Xeberoxu.Az xəbər verir ki, 200 nəfərə yaxın sakin və ictimaiyyət nümayəndəsinin iştirakı ilə 282 nömrəli məktəbin akt zalında təşkil olunan səyyar görüş-qəbulda rayon rəhbəri sakinlərə cari ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə xidmət edən qərarlar barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davamlı xarakter daşıyır.

Rayon rəhbəri sakinlərin diqqətinə çatdırıb ki, rayonda genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. Küçələr asfaltlanır, yeni su və kanalizasiya şəbəkələri qurulur, çoxmərtəbəli binaların fasadları və dam örtükləri təmir edilir, liftlər təzələnir, abad həyətlər salınır. Rayonda həyata keçirilən bütün bu işlər sakinlərin rahatlığının təmin edilməsinə xidmət edir.

Sakinləri rayonda onları maraqlandıran suallarla Əziz Əzizova müraciətlər ediblər.

Rayon rəhbəri səyyar görüş-qəbulda sakinləri narahat edən çoxmərtəbəli kooperativ binaların fasadlarının, dam örtüklərinin təmiri, giriş qapılarının və liftlərin yenilənməsi, məhəllədaxili yolların asfaltlanması, küçələrin işıqlandırılması məsələlərinə aydınlıq gətirib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Karateçimiz Avstriyada Karate1 Premyer Liqa turnirində finala yüksəlib







Əbülfəs Qarayev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb







BSU-da “V.V.Vinoqradovun linqvistik ideyaları” mövzusunda tədbir keçirilib







Bakıda daha 616 evə qaz verildi


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.