17 Yan
2020
12:53
1095

17
Yan
12:53



"Qəbələ"nin kapitanı hazırlıqdan danışdı

Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir.

XeberOxu.Az xəbər verir ki, "qırmızı-qaralar"ın kapitanı Anar Nəzirov kubun saytına açıqlamasında hazırlıq prosesini dəyərləndirib:

"Toplanış zamanı hər şey istədiyimiz kimi yüksək səviyyədə keçir. Plana uyğun şəkildə məşqlər edirik. Hər bir futbolçu çalışır ki, məşqçilərin verdiyi tapşırıqları tam yerinə yetirsin. Bizi mövsümün ikinci yarısı, çətin və vacib oyunların gözlədiyini bilirik. Bu səbəbdən də toplanışdan maksimum yararlanmaq, tapşırıqları 100 faiz yerinə yetirmək üçün çalışırıq".

Təcrübəli qapıçı Macarıstanın MTK klubuna qarşı keçirilən ilk yoxlama oyununa da (0:3) toxunub: "Hazırlığın ilk hissəsini Bakıda keçirdik. Orda yükləmələr oldu. Bunun davamını Türkiyədə gerçəkləşdiririk. Artıq Antalyada ilk yoxlama matçını da keçirmişik. Düzdür, bu qarşılaşmada məğlub olduq. Lakin məşqçilərin də dediyi kimi istədiklərimizin bir hissəsini ala bildik. Hər iki hissədə fərqli heyət oynadığı üçün müəyyən səhvlərin olacağı gözlənilən idi. Buna baxmayaraq, var gücümüzlə, əzmlə çalışıb, məşqlərimizi davam etdiririk".

Nəzirov mövsümün ikinci yarısında uğurlu çıxış etməyə kökləndiklərini və buna çalışdıqlarını bildirib: "Komandanın hazırlığına yeni gənc futbolçular da qoşulub. Bu, akademiyamızın yetirmələri üçün inkişaf baxımından çox faydalıdır. Azarkeşlərin və klub rəhbərliyinin bizdən nə gözlədiyini bilirik. Biz də əlimizdən gələnin ən yaxşısını edəcəyik. Mövsümün ilk yarısının sonlarındakı uğurlu çıxışın davamını gətirmək istəyirik".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər İdman xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.