17 Yan
2020
14:11
1439

17
Yan
14:11



Bu üsulla xərçəngin yayılmasının qarşısı alınacaq - Metastaz tarixə qovuşur!

Xərçəng hüceyrələrinə hərəkət etmək qabiliyyətini verən, bədənin digər orqanlarına metastazizasiya etməyə imkan verən iki zülal aşkar edilib.

XeberOxu.Az medicina.az-a istinadən bildirir ki, türkiyəli doktor Nurhan Özlü və komandasının araşdırması nəticəsində bu iki zülalın xərçəng hüceyrələrinin irəliləməsində rol oynadığı müəyyənləşib. Bu zülalların təsiri ilə xərçəng hərəkət edir, qan axını ilə digər orqanlara keçir və metastazlar əmələ gətirir.

Həkim bildirib ki, son illərdə aparılan elmi araşdırmalar orqanizmdəki zülallara yönəlib və çox vacib məlumatlar verir. Hərəkətsiz, sabit və digər hüceyrələrlə əlaqəli olan epitel hüceyrələri xərçəngə çevrildikdə artıq ərazilərində qalmaq istəmirlər. Bunun üçün də onlara hərəkət lazımdır. Belə olduqda, onlar sabitliklərini təşkil edən epitel xüsusiyyətlərini tərk edib, hərəkət mexanizminə malik hüceyrələrə dönürlər. Hərəkət etmə qabiliyyətini qazandıqdan sonra qan vasitəsilə digər orqanlara yayılaraq metastaz olurlar.
Araşdırmalar nəticəsində ümumilikdə 6 min protein incələnib. Onların sayı daha sonra 300, son olaraq 20-yə enib. Tədqiqatçılar ən sonda "DNA JB4" və "CD81" zülallarına çatıblar. Bu zaman bəlli olub ki, hüceyrələrdə bu iki zülal azalarsa, metastazlaşma qabiliyyəti də azalır.

 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Karateçimiz Avstriyada Karate1 Premyer Liqa turnirində finala yüksəlib







Əbülfəs Qarayev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb







BSU-da “V.V.Vinoqradovun linqvistik ideyaları” mövzusunda tədbir keçirilib







Bakıda daha 616 evə qaz verildi


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.