17 Yan
2020
14:12
1526

17
Yan
14:12



Arif Rəhimov: Formula 1-in Bakı mərhələsi sadəcə öyünməli hadisədən daha artıqdır

Britaniyanın “PricewaterhouseCoopers” agentliyi ilə tərəfdaşlıq şəraitində Azərbaycan Qran-Prisinin təşkilatçıları dörd il ərzində Formula 1 mərhələlərinin keçirilməsindən əldə edilən iqtisadi səmərənin 506 milyon dollar olması qənaətinə gəliblər. Bu halda birbaşa xərclər təxminən 300 milyon dollar olub.

XeberOxu.Az-ın məlumatına görə, Qran-Prinin keçirilməsindən ən çox mənfəət götürən turizm, nəqliyyat, mehmanxanalar və qidalanma ilə bağlı şirkətlər olub: onlar dörd il ərzində Formula 1 mərhələsi hesabına 73,8 milyon dollar qazanıblar.

Hər il əsasən gənclər üçün nəzərdə tutulan 7500-ə yaxın müvəqqəti iş yeri yaradılıb. Gənclər iri beynəlxalq idman tədbiri keçirilməsi sahəsində nadir təcrübə qazanıblar.

“Baku City Circuit”in icraçı direktoru Arif Rəhimov deyib: “Biz həmişə vurğulamışıq ki, Formula 1-in Bakı mərhələsi sadəcə öyünməli hadisədən daha artıqdır. Qran-Pri iqtisadi, sosial və mədəni dəyişikliklərin hərəkətverici qüvvəsinə çevrilməli, sakinlər və əməkdaşlar üçün yeni imkanlar yaratmalı idi. Beləliklə, son illərdə ən cəsarətli gözləntiləri də üstələyə bilmişik”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər İdman xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.