17 Yan
2020
14:45
966

17
Yan
14:45



“Windows 7” istifadəçiləri “Apple” əməliyyat sisteminə keçirlər

On milyonlarla "Windows 7" istifadəçisi "macOS" əməliyyat sisteminə keçəcək. Bu barədə "IDC" şirkətinin tədqiqatında deyilir.

XeberOxu.Az ictnews.az-a istinadən bildirir ki, şirkətin hesabatına görə, "Windows 7" sisteminin dəstəklənməsi dayandırıldıqdan sonra istifadəçilərin "Apple" əməliyyat sisteminə kütləvi axını gözlənilir. Analitiklərin qiymətləndirməsinə görə, ABŞ-da "Windows 7" korporativ lisenziya sahiblərinin təqribən 13 faizi "macOS" sistemli "Mac" kompüterlərini seçmək niyyətindədir. Ekspertlərin fikrincə, natural ifadədə "Microsoft" əməliyyat sistemindən imtina edən istifadəçilərin sayı on milyonu ötəcək.

"Apple" əməliyyat sisteminə keçidin əsas səbəbi kimi "Windows 7" sisteminin biznes seqmenti üçün ənənəvi dəstəyin dayandırılması göstərilir. "IDC" nümayəndələri qeyd edir ki, istənilən platformada işə salınması mümkün müasir proqram təminatının veb-əlavələri və alternativ həllərin mövcudluğu nəzərə alınaraq "Windows" sisteminin istifadəçisi kimi qalmaq zərurəti aradan qalxır və bu, "Apple" şirkətinə sərf edir. Qeyd edək ki, 2016-cı ildə İT bazarının biznes nəhənglərindən biri olan "IBM" şirkəti əməkdaşlar üçün 100 min "Mac" kompüteri alıb.

Nümunə kimi analitiklər tərəfindən "App Store" mağazasında "Mac" kompüterləri üçün təqdim edilən populyar "Office" paketi qeyd olunur. Həmçinin ekspertlər vurğulayır ki, "Word", "Excel" və digər ofis proqramları veb-versiyaya malikdir.

Xatırladaq ki, yanvarın 14-də "Windows 7" əməliyyat sisteminə dəstəyin göstərilməsi başa çatıb. Həmin tarixdən etibarən sistemin yenilənməsi və texniki dəstəyi dayandırılıb. "Microsoft" əvvəlcədən köhnəlmiş sistem istifadəçilərinə "Surface" seriyalı yeni kompüterlər almağı və qurğuları "Windows 10" sisteminədək yeniləməyi tövsiyə edib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Karateçimiz Avstriyada Karate1 Premyer Liqa turnirində finala yüksəlib







Əbülfəs Qarayev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb







BSU-da “V.V.Vinoqradovun linqvistik ideyaları” mövzusunda tədbir keçirilib







Bakıda daha 616 evə qaz verildi


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.