17 Yan
2020
14:47
1358

17
Yan
14:47



Yanvarın 25-də e-millimizin üzvləri müəyyənləşəcək

AFFA-nın və Azərbaycan Kiber İdman Federasiyasının təşkilatçılığı ilə yanvarın 25-də Bakıdakı “Cyber Sport Arena”da keçiriləcək futbol turnirində e-millimizin üzvləri müəyyənləşəcək.

XeberOxu.Az AFFA-ya istinadla xəbər verir ki, PES2020 konsol oyunu üzrə keçiriləcək turnir üçün e-milli seçimlərə qeydiyyat yanvarın 22-dək davam edəcək. Yanvarın 25-də isə yarışın püşkatma mərasimi keçiriləcək. Turnirdə qeydiyyatdan keçən ilk 256 nəfər iştirak hüququ qazanacaq. Yarışlar PES2020 qaydaları əsasında təşkil olunacaq.

İştirakçıların seçimi Olimpiya sistemi əsasında aparılacaq. Seçimlərdə ilk dörd yerin sahibi e-milli komandanın heyətini təşkil edəcək və qaliblərə AFFA tərəfindən yığmanın formaları, eləcə də “PlayStation 4” oyun konsolu təqdim olunacaq. E-milli komandamızın üzvləri ikisi əsas, ikisi ehtiyat üzv olmaqla ilk “e-Avro” ilə yanaşı, müxtəlif çempionatlarda, yoldaşlıq görüşlərində Azərbaycanı təmsil etmək şansı qazanacaqlar. Seçmə mərhələsi mart-may aylarında keçiriləcək e-Avropa çempionatında millimiz Slovakiya, Yunanıstan, Finlandiya və Norveçlə birgə “D” qrupunda mübarizə aparacaq. Əlli beş iştirakçı ölkə arasından 16 komanda iyulun 9-10-da final mərhələsində iştirak etmək üçün yarışacaq. Londonda baş tutacaq final mərhələsində ilk “e-Avro”nun qalibi müəyyənləşəcək.

Bu barədə ətraflı məlumatı www.emilli.az  saytından əldə etmək mümkündür.


 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər İdman xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.