17 Yan
2020
17:55
1524

17
Yan
17:55



Müdafiə Nazirliyi 100 min manat cərimə edilib

Azərbaycan Müdafiə Nazirliyi İnzibati Xətalar Məcəlləsinin (İXM) 3 maddəsi ilə ittiham olunaraq cərimələnib.

Xeberoxu.Az-ın verdiyi xəbərə görə, bununla bağlı Xəzər rayon məhkəməsi 3 qərar çıxarıb.

Belə ki, Müdafiə Nazirliyi İXM-nin 491.1-ci (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) və 496.1-ci (gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə) maddələri təqsirli bilinərək Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli qərarı ilə 53620,38 manat cərimə edilib.

Nazirlik eyni ittihamlarla noyabrın 29-da da 38611,08 manat cərimə edilib. Bundan başqa, MN İXM-nin 430ş4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) 3825 AZN cərimələnib.

Nazirlik hər 3 qərardan apelyasiya şikayəti verilib. Hazırda şikayətləri Bakı Apellyasiya Məhkəməsinin müxtəlif hakimləri tərəfindən baxılır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Karateçimiz Avstriyada Karate1 Premyer Liqa turnirində finala yüksəlib







Əbülfəs Qarayev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb







BSU-da “V.V.Vinoqradovun linqvistik ideyaları” mövzusunda tədbir keçirilib







Bakıda daha 616 evə qaz verildi


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.