17 Yan
2020
21:04
822

17
Yan
21:04



ARDNF-də 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) uşaqların da iştirakı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Fonddan XeberOxu.Az-a verilən məlumata görə, tədbir çərçivəsində ARDNF-də “20 Yanvar uşaqların gözü ilə” rəsm sərgisi təşkil edilib.

Sərginin təşkilində məqsəd uşaqları Azərbaycan xalqının azadlıq mübarizəsi, baş vermiş hadisələrin mahiyyəti barədə məlumatlandırmaq və uşaqların vətənpərvərlik ruhunda böyüməsinə dəstək verməkdir.

Tədbirdə ARDNF-nin əməkdaşları sərgiyə baxış keçirib. Uşaqlara 20 Yanvar faciəsi, dövlət müstəqilliyinin əldə olunması və müstəqil Azərbaycanın inkişaf tarixi ilə bağlı məlumatlar verilib.

Sonda sərgi iştirakçılarına tədbirdə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edilib.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Karateçimiz Avstriyada Karate1 Premyer Liqa turnirində finala yüksəlib







Əbülfəs Qarayev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb







BSU-da “V.V.Vinoqradovun linqvistik ideyaları” mövzusunda tədbir keçirilib







Bakıda daha 616 evə qaz verildi


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.